Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Avropa Azərbaycan Cəmiyyəti HTML, CSS texnolofiyaları sahəsində əla, JavaScript, AJAX və Jquery texnologiyaları sahəsində yaxşı biliyə malik olan, Photoshop proqramında şəkilləri redaktə etmək və sayta yerləşdirmək üçün bacarıq, Sosial Media Marketing (SMM) vasitəsi ilə layihələrin təbliği sahəsində təcrübə, video materialları kompüterdə emal etmək təcrübəsi olan veb-developer vakansiyasını elan edir.
Azərbaycan Nümayəndəliyinin və AAC-nin Azərbaycanda mövcud olan digər qurumlarının saytının ümumi dizaynını hazırlamaq və yaratmaq, sayta yerləşdirilən materialları redaktə etmək sahəsində təcrübəsi olan uyğun namizəd axtarılır. Namizəddən Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək tələb olunur. (müsahibə zamanı namizədlərin sualları ingilis dilində cavablandırması gözlənilir).
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Business Service Centre LTD 23-30 yaşlarında, Jurnalistika, PR, Marketinq sahəsində ali təhsilli, Azərbaycan, rus və ingilis dillərini sərbəst bilən, müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi, biznes etikası və biznes görünüşə sahib olmalıdır, Marketinq, PR , Reklam, sahələrinə aid bilikləri olan namizədləri PR menecer kimi işə dəvət edir.
Namizəddən media, vebsayt, şirkətin sosial şəbəkələrdəki səhifələrinin mükəmməl işləməsini təmin etməli, şirkətin menecmentini mediada dərc olunan və inkişafına təsir edə biləcək ictimai məlumatlarla təmin etməli, şirkətin internet və facebook səhifəsində məlumatların dərci və daimi nəzarətdə saxlanılması, reklam xarakterli professional mətinləri hazırlamaq tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Compland şirkəti bütün növ kompüter və İT avadanlıqları tanıyan, onları xarakterizə və müqayisə edə bilən, BİOS, Windows 98/XP/7/2003/2008/2012 ƏS, drayver yaza və yeniləyə bilən, MS Excel, Word, PowerPoint, Outlook proqramlarını sərbəst istifadə edə bilən, fərqli Boot CD növləri ilə sərbəst işləyə bilən, sadə simli və simsiz şəbəkə quraşdıra və idarə edə bilən, server (AD, Proxy, Mail, Web, WDS, VPN, Terminal və s.) quraşdıra və idarə edə bilən İT mütəxəssis vakansiyasını elan edir. Namizəddən müvafiq sahə üzrə 2 illik iş təcrübəsi təkəb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
SST Mühəndislik və Maşınqayırma MMC 21 - 30 yaşlarında, ali təhsilli, İş təcrübəsi 1 ildən 3 ilə qədər olan (iş təcrübəsində management təcrübəsi olanlara üstünlük verilir), ingilis dili biliyi olan, B kateqoriya sürücülük vəsiqəsi olan və hərbi xidməti başa vuran İT mütəxəssis vakansiyasını elan edir.
Şirkətdən bildirilib ki, Windows Server, DHCP, File, Mail Serverlərdə işləmək bacarığı, Network bilikləri , Switch, router, firewall bilikləri, LAN/ WAN texnologiya bilikləri, əməliyyat sistemləri və ofis proqramlarında mükəmməl işləmək bacarığı olanlar müraciət edə bilər. Əmək haqqı 700 - 900 AZN-dir. Əlaqədar şəxs Kamran
Telefon: (012) 502-43-64
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
"Modern Communication Technology" MMC 20 - 46 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan şəxsləri təhlükəsizlik kameraları üzrə mütəxəssis kimi işə dəvət edir. Namizəddən müşahidə kameralarının, domofon sistemləri, siqnalizasiya sistemlərinin quraşdırılması, DVR cihazlarının qoşulması, internetə qoşulma, NVR sistemindən anlayışı olmaq, analoq, İP kameraların qurulması bacarığı, keçid nəzarət sistemləri, access control sistemləri, turniket və şlaqbaum sistemlərindən anlayışı olan, təhlükəsizlik sistemləri, elektron avadanlıqların təmiri barədə məlumatlı olmaq tələb olunur. Əmək haqqı 200 - 300 AZN-dir. Əlaqədar şəxs Amid
Telefon: (012) 564-73-06
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Level Up Təhsil İnkişaf Mərkəzi magistraturaya hazırlıq kursları üçün təcrübəli və peşəkar olan İT ixtisası üzrə müəllim vakansiyası elan edir. Namizəddən İT ixtisası üzrə ali təhsil, proqramların peşəkar səviyyədə tədrisi, pedoqoji bacarıq tələb olunur.
Müraciət etmək istəyən namizədlər öz cv-(Müraciət etdiyiniz vakansiyasının adını yazmaq şərti ilə) [email protected] email adresinə göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Telefon: 012 595 80 90, 050/55/77 395 80 90
Huawei şirkəti İT sahəsində 6 illik iş təcrübəsi olan şəxsləri İT menecer kimi işə dəvət edir. Namizəddən İT məhsulları və həlləri əhatə edən storage, server, cloud computing və Datacenter infrastruktur və s. ilə tanışlıq tələb olunur.
Maraqlananlar [email protected] ünvanına CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
23-40 yaşlarında, 2 ildən çox iş təcrübəsi olan veb-dizayner vakansiyası elan olunur. Namizəddən veb-saytların hazırlanması, vizual, flash banner hazırlanması, AdobePhotoshop, CorelDraw, AdobeIllustratorla işləmək bacarığı, Azərbaycan və rus dilində danışıq tələb olunur. Əmək haqqı: 1000 AZN
Telefon: (994 12) 596-33-21; 596-11-58; 497-35-42; 055 353-52-88
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri