Proqramçı və İT mütəxəssislərə ehtiyac var

14-11-2015 / 13:04

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Azərsun Holding 28-40 yaşlarında, ali təhsili olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir. Namizədlərdən Microsoft Windows əməliyyat sistemlərini bilmək, şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar), şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bələd olmaq tələb edilir. Həmçinin  server əməliyyat sistemlərindən anlayışı olmalı, kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi), Android, Windows mobile və iOS əməliyyat sistemlərini bilmək tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

HTML, CSS, JavaScript (JQUERY), PHP, MySQL dillər üzrə bilikləri olan şəxslər proqramçı vəzifəsinə işə dəvət olunur. Əmək haqqı 700 AZN-dir.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

HTML (HTML5), CSS (CSS3), JavaScript (JQUERY), PHP (YII Framework), MySQL (Verilənlər bazasının dizaynı, sorğuların yazılması), NOSQL, OOP, XML, API biliklərini  yüksək səviyyədə bilən İT mütəxəssislər işə dəvət olunur.

Təhlükəsizlik üzrə təcrübə, araşdırma bacarığı, kodların optimallaşdırılmış formada yazılması, qısa zamanda məntiqli qərar vermə bacarığı, e-mail üzərindən danışıqları aparmaq üçün ingilis dili biliyi vacibdir.

Əmək haqqı 1500 AZN-dir.

E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Universal Team 19-32 yaşlarında, minimum 2 il iş təcrübəsi olan 1C operator axtarır. Namizəddən ofis proqramlarını bilməli (Word, Excel,1 C), anbarda olan məhsulları proqrama daxil etmək tələb olunur. Əmək haqqı 500 AZN-dir.
CV göndərərkən " 1C OPERATOR  " sözünün yazılması mütləqdir.
Telefon: (+99450) 592 80 62 ,
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sinteks Şirkətlər Qrupu ali texniki təhsili olan, İT  sahəsində ən azı 1 il iş təcrübəsi, İP,analoq, PTZ kameraların quraşdırılması və NVR,DVR tipli qurğularla sərbəst işləmə bacarığı olan təhlükəsizlik sistemləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. Namizəd NAS server və RAİD texnologiyası haqqında ətraflı məlumatın olması, şəbəkə avadanlıqları  və şəbəkə haqqında ümumi məlumatın olması, testerlərlə işləmə bacarığı, əməliyyat sistemlərinin (Windows,Linux arzu olunandı) quraşdırılması, Windows əməliyyat sistemləri üzərindən qurulmuş videoserverlərdə yaranmış Hardware və Software problemlərin tez bir zamanda aradan qaldırılması, arxivləşmə üçün nəzərdə tutulmuş proqramlarla işləmə bacarığı, video və audio sistemlərin quraşdırılması, bu tipli quğularda yaranan problemlərin tez bir zamanda aradan qaldırılması, layihələrin hazırlanması və verilmiş layihələrlə işləmə bacarığına sahib olmalıdır. 
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

DəmirBank ASC  25-30 yaşlarında, ali texniki təhsili olan şəxsləri İnformasiya Texnologiyaları Departamentinin Dəstəkləmə və müşayiət şöbəsinə proqramçı vəzifəsinə işə dəvət edir.
Namizəddən texniki sahə üzrə ali təhsilinin olması, bu sahə üzrə ən azı 1 il iş təcrübəsinin olması, dil biliklərinin Azərbaycan (mükəmməl), rus (yaxşı) və ingilis dili (yaxşı) olması, ORACLE PL SQL proqramında işləmək bacarığı tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dəstəkləmə və müşayiət şöbəsinə proqramçı” şəklində göstərməyiniz tələb edilir.

Əmək haqqı 1000 AZN-dir.

E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Flexible Solutions 18-40 yaşlarında, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri veb proqramçı vəzifəsinə işə dəvət edir. Namizəddən HTML, CSS, JavaScript (JQUERY), PHP, MySQL dillərini bilmək tələb olunur.

Əmək Haqqı 1200-1500 AZN
Telefon: (012) 498-23-84
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə