Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Şirkət 18-60 yaşlarında, ali teniki təhsili olan proqramçı vakansiyası elan olunur. Namizəddən HTML, JavaScript (JQUERY), dillərini bilmək, antivirus yazmağı və format etməyi bacarmaq tələb olunur.
Əmək Haqqı 300-600 AZN
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Veb Koder MMC 25 yaşdan yuxarı, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan, Adobe photoShop, Adobе Illustrator, Adobе InDesign CorelDraw, qrafik proqramlarında çalışma bacarığı olan veb dizayner axtarır.
Namizədlər işə qəbul üçün şəkli, CV-ni və portfolionu [email protected] elektron poçt ünvanına mövzü yerinə "Qrafik Dizayner" yazmaqla göndərə bilərlər.
Əmək haqqı 300 AZN
Telefon: 0124648531
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
GameRay yaşı 18-dən yuxarı olan, ali təhsilli, oyun və ya proqram yazmağı bacaran proqramçı vakansiyası elan edir.
Əmək haqqı 600 AZN
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Sinteks Şirkətlər Qrupu ali texniki təhsilli, ən azı 1 il iş təcrübəsi olan təhlükəsizlik sistemləri üzrə mütəxəssis vakansiyasını elan edir.
Şirkət namizəddən təhlükəsizlik sistemlərinin ( acces control, fingerprint, siqnalizasiya, oğurluq əleyhinə qarşı qurğular), təhlükəsizlik kameralarının (İp, analoq) quraşdırılması, DVR və NVR tipli qurğuların tənzimlənməsi, Windows əməliyyat sistemləri üzərindən video server və storage serverlərin qurulmasını tələb edir.
Namizəd həmçinin, ofis və obyektlərdə yerləşən video- storage serverlərin təmiri, sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi, Windows əməliyyat sistemlərinin yazılması, arxivləşmə üçün nəzərdə tutulmuş proqramlardan istifadə bacarığı, video və audio sistemlərin quraşdırmağı kimi bacarıqlara sahib olmalıdır.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisində İnformasiya Texnologiyaları departamenti üçün proqram təminatçısı vəzifəsinə işçilərin axtarışını elan edir.
Namizəddən ali təhsilli, proqram təminatı, xüsusilə C#, ASP, ASP.Net, VB.NET, “Object Oriented Programming” (Obyektyönümlü Proqramlaşdırma) sahəsində yüksək səviyyəli təcrübə, Oracle SQL, PL/SQL, T-SQL sahəsində mükəmməl bilik, hesabat sistemləri (MS SQL Reporting Services, Crystal Report, Access, Excel) sahəsində praktiki təcrübə, Oracle Database Server, MS SQL Server sahəsində məlumat xarakterli verilənlər bazasının tərtibi və bu sahədə dərin bilik tələb olunur.
Namizəd həmçinin, Azərbaycan dilində sərbəst danışığa malik olmalı, ingilis və ya rus dillərini bilməsi arzuolunandır.
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№329/15) qeyd etməklə 10 Dekabr 2015-ci il tarixinədək göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (012) 596 33 85\86\87
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Unikal Kurslarının Sumqayıt Şöbəsində Office proqramı üzrə kompüter müəllimi tələb olunur. Namizəddən ali təhsil, minimum 2 illik iş təcrübəsi tələb olunur.
Telefon: 018-644-49-01, 055-204-82-40
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
22-35 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxslər veb proqramçı kimi işə dəvət olunur. Namizəd PHP, MYSQL dillərini yüksək səviyyədə bilmək, Javascript, Html, Css, Jquery, OOP yaxşı bilmək tələb olunur. Namizəd ingilis və rus dillərini yaxşı başa düşməlidir.
Telefon: (055) 633-22-67, (012) 567-86-25
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri