Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Azerbaijan Government CERT Web proqramlama və Texniki Dəstək şöbəsinə işçi axtarır. Namizəd ali texniki təhsilli olmalı, hərbi xidməti başa vurmalı, HTML, CSS, JavaScript(JQuery, AJAX), PHP, SQL, XML, JSON bilməlidir.
Əmək haqqı 800 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sinam şirkətinə Java developer tələb olunur. Şirkət namizədlərdən İT sahəsində ali təhsil, texniki səviyyədə ingilis dili biliyi, minimum 2 il iş təcrübəsi tələb edir. İş üçün müraciət edən şəxslər Java SE/EE, HTML,CSS, Javascript, SQL, RDBMS bilikləri - OOP, Design Patterns sahəsində məlumatlı olmalıdır. Əmək haqqı 500-1200 AZN-dir.
Vakansiya ilə maraqlananlar CV-lərini [email protected] email ünvanına göndərə bilərlər. E-mail göndərərkən mövzu(Subject/тема) kimi "Java proqramçı" göstərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Azerbaijan Government CERT ali təhsilli, hərbi xidməti başa vuran desktop proqramçı vakansiyasını elan edir. Namizəddən C#/C++/Java kimi proqramlaşdırma dillərindən birində yazmaq tələb olunur. Windows əməliyyat sistemində GUI App yazmağı bacaran şəxslərə üstünlük veriləcək. Windows Api ilə işləməyi bacaramalı, digər proqramlarla və kitabxanalarla işləməyi bacarmalı, hər hansı backend proqramla frontend arasında əlaqənin qurulması Əmək haqqı 800 Azn-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Xalq bank ali magistr təhsili olan(texniki ixtisas üzrə), tələb olunan sahə üzrə minimum 1 il iş təcrübəsi, Azərbaycan dilini mükəmməl səviyyədə bilən (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır) şəxsləri texniki dəstək üzrə stajçı mütəxəssisi vəzifəsinə dəvət edir. Şirkət namizəddən TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər, “Windows domain”, fibro - optik texnologiyalar (İP/MPLS), VoİP sistemlərinin işi üzrə biliklər tələb edir. Əmək haqqı 350-500 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Xəmsə Park Ticarət Mərkəzi (KinoMix Cinema) İT mütəxəssis vakansiyasını elan edir. Namizəd 25-40 yaşlarında, iş təcrübəsi 2 ildən az olmayaraq, ali təhsil vacib deyil, Azərbaycan, rus, ingilis dilini bilənlərə üstünlük verilir. Şirkət namizəddən microsoft Windows, Microsoft Office, VS, UCS Premier və R-keeper programları (programı bilənlərə üstünlük verilir). Əmək haqqı 700 AZN-dir.
E-mail: [email protected]
Telefon: 0124882998
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Azerbaijan Government CERT zərərli proqram təminatlarının analizi üzrə mütəxəssis vakansiyasını elan edir.
Tələb olunan proqramlaşdırma dilləri: Python, C/C++
proqram təminatlarından birini bilməli: IdaPro,OllyDebugger(ImmunityDebugger)
Virtual Maşınlardan istifadə etməyi bacarmali, VirtualBox, Vmware, Intel CPU, Windows OS Architectures haqqında ümumi məlumatı olmalıdır, Əmək haqqı – 800 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İweb.az Adobe Photoshop, Corel Draw, Adobe İllustrator proqramını yüksək səviyyədə bilən veb dizayner axtarır. İşəgötürənin HTML5 CSS3 bilikləri, Java Script, JQuery üzrə anlayışlar, saytlar üçün yeni dizayn variantlarının hazırlanması və dəyişikliklərin edilməsi, verilmiş maketə uyğun HTML kodun yazılması kimi tələbləri var. Əmək haqqı 600-800 AZN-dir. Əlaqədar şəxs Xaliq Firudinli
Telefon: (055)241-00-61
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Rahat market 18-30 yaşlarında, iş təcrübəsi 1 ildən aşağı olan şəxsləri kontent menecer vəzifəsinə işə dəvət edir. Namizəd XML, CSV faylları export-import etməyi bacarmalı, 1C Bitrix əməliyyat sistemindən xəbərdar olmalıdır. Əlaqədar şəxs Şəhriyar
Telefon: (055) 909-48-62, (012) 465-31-18
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri