Previous Next
Bağla

Smartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürür

29-03-2021 16:36
Smartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürür

Android və iPhone əsaslı smartfonlar, təqribən, 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır.

Xeberler.az bildirir ki, belə bir qənaət Dublin Triniti Kolecində aparılmış tədqiqat nəticəsində əldə edilib. Professor Daq Leyt (Doug Leith) tərəfindən dərc edilən araşdırmada iPhone ilə “Google” şirkətinin Android əməliyyat sisteminə əsaslanan smartfonlar arasında bu mənada mühüm fərq aşkarlanmayıb.

Bununla yanaşı, Android əsaslı smartfonların hər 12 saat ərzində 1 MB məlumat ötürdükləri halda iPhone-ların vur-tut 52 KB ötürdükləri də üzə çıxıb. Həm də smartfonlar sönmüş halda belə məlumat paylaşırmış.

Geri göndərilən məlumatlar arasında SİM birləşməsi, cihazın seriya nömrəsi, İMEİ, wi-fi MAC ünvanı, telefon nömrəsi olduğu güman edilir.

“Fikrimcə, bir çoxları “Apple” və “Google”un telefonlarımızdan məlumat toplamaqda məqsədlərinin “iCloud”, yaxud “Google Drive” kimi servisləri yerinə yetirmək olduğunu düşünür. Amma biz telefonlarımızı sadəcə telefon qismində, yəni zəng və daha nələrisə göndərib qəbul etmək üçün istifadə edərkən “Google” və “Apple”ın niyə məlumat toplamağa çalışdıqlarını görmək daha ağırdır. Hazırda biz “Google” və “Apple”-ın bu qədər məlumatları vəziyyətə uyğun topladıqlarını müəyyənləşdirmişik. Bunlar ifrat görünür, hansı ehtiyacdan gəldiyini də başa düşmək çətindir” – ekspert deyib.

Onun dediyinə görə, smartfonlar həm də yaxınlıqdakı cihazlarla bağlı məlumat toplayır. Belə ki, hər hansı istifadəşi wi-fi şəbəkəsinə qoşulduqda şəbəkədəki başqa telefonların da wi-fi MAC ünvanları “Apple”-a ötürülürmüş. Bu da istifadəçinin ev ünvanını, kafedəki masasını, yaxud ofis şəbəkəsini xüsusi olaraq təyin etmək imkanını verir. İstifadəçilər də bu izləmədən yayına bilmir.

Tədqiqat müəllifləri istifadəçilərdən toplanan bu məlumatlar əsasında onların internetdə gəzintiləri, alış-veriş ödəmələri barədə da məlumat əldə etməyə imkan verməcəyinə dair narahatlıq ifadə ediblər.

Məsələyə dair “Google” sözçüsü bildirib ki, müasir avtomobillərin ayrı-ayrı hissələri, təhlükəsizlik statusu, servis müddətinə dair təməl məlumatları mütəmadi ötürdüyü kimi smartfonların da bənzər məlumatları ötürməsini səmərəli fəaliyyətinin mühüm şərti olaraq dəyərləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İPhone-lara Google təqvim gəldi

16-03-2015

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

11-11-2015

Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

19-11-2015

Bu smartfonlar istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

28-04-2023

iPhone istifadəçiləri Android-ə üstünlük verirlər

22-07-2019

Google böyük miqdarda cərimə ödəyə bilər

13-04-2018

Google-dən yenilik

09-11-2009

Google Apple-a 1 milyard dollar niyə ödəyib?

22-01-2016

İstifadəçilər oğurlanan telefonlarını tapa biləcək

04-06-2016

Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

18-05-2022

Microsoft bütün əməkdaşlarına Windows Phone 7 smartfonlar hədiyyə edəcək

02-11-2010

Google ChromeOS və Android əməliyyat sistemlərini birləşdirəcək

16-07-2025

Android 6-da gözlənilən yeni funksiyalar

01-09-2015

Apple bazar qiymətinə görə Google-u geridə qoyub

19-08-2008

Google telefon istehsal edəcək

26-10-2009

Android-smartfonlarının satışı gün ərzində 200 000 ədəd göstəricisini keçib

05-08-2010

Ən problemli smartfonlar hansıdır?

21-11-2016

iOS-dan Android-ə necə keçmək olar?

12-01-2016

Apple Android mobil tətbiqini təqdim etdi

17-09-2015

Microsoft Windows Mobile proqramları üçün mağaza açacaq

02-09-2008

Android M rəsmi olaraq təqdim olunub

29-05-2015

iPhone üçün yeni Google Earth proqramı çıxır

24-11-2009

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01-11-2013

Apple Google-a rəqibmi olacaq?

17-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə