İstifadəçilər oğurlanan telefonlarını tapa biləcək

04-06-2016 / 11:40

Google  yeni Find My İphone  xidməti istifadəyə verib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, sözügedən xidmət Android mobil əməliyyat sistemi ilə işləyən qurğuların olduğu yeri müəyyənləşdirməyə və lazım gəldikdə cihazı bloklamağa imkan verir.

“Telefon axtarışı” xidməti myaccount.google.com  saytında “Təhlükəsizlik və giriş” bölməsində əlçatandır.

"Telefon axtarışı" istinadına keçid edərək daxil olduğu səhifədə ona öz hesabı ilə bağlı olan qurğunu seçmək təklif olunur. Qurğunu seçdikdən sonra əlçatan funksiyaların siyahısı açılır.

İlk 2 funksiya (standart zəng melodiyası ilə zəng etmək və Google Maps xəritəsində qurğunun olduğu yeri müəyyənləşdirmək) "Find My İphone” xidmətində olduğu kimidir.

İstifadəçi smartfonu blok edə bilər və bu zaman o, faydasız alətə çevrilir. Smartfonun bloklanması zamanı istifadəçiyə ekranın blok edilməsi üçün parol yaratmaq, informativ yazı əlavə etmək (vacib deyil) və telefon nömrəsini daxil etmək (vacib deyil) təklif edilir.

Smartfon itdikdə onu tapan bloklanmış ekranda informativ yazını və cihazın sahibinə zəng vurmaq üçün nömrəni görəcək. Digər funksiyalar isə əlçatan olmayacaq.

Google-un "Telefon axtarışı" xidməti, məsafədən qurğudakı bütün məlumatları silməyə imkan verir.

"Yalnız ABŞ-da ildə milyonlarla mobil telefon oğurlanır. Cihazın sahibi belə halda nə etmək lazım olduğunu bilmir" – Google-un nümayəndəsi deyib.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə