Sony şirkəti qərarların qəbul edilməsi prosesinin sürətləndirilməsinə yönələn yeni One Sony (vahid Sony) biznes strukturunu açdığını elan edib.Plana əsasən, şirkətdə ayrı-ayrı peşəkar və istehlak məhsulları arasında formal hüdudlar aradan qaldırılaraq yeni ad altında birləşdiriləcək.
Yapon korporasiyası oyunları, rəqəmsal təsviri və mobil qurğuları biznesinin əsası hesab edir və buna görə aprelin 1-dən - şirkətin yeni rəhbəri Kadzuo Xirai rəsmən öz vəzifəsinin icrasına başladığı gündən etibarən onların qarşılıqlı inteqrasiyasına başlayacaq.
RİTN-ə məxsus informasiya mənbəyindən əldə edilən məlumata görə, yeni formasiyanın idarəçiliyində səmərəlik, eləcə də zəruri texnologiyaların hazırlanması və inkişafı üzrə strategiyanın işlənməsi üçün Yaponiyanın elektronika istehsalçısı şirkətin Direktorlar Şurasına iki yeni üzv təyin edir.
Onlardan biri – Şoci Nemoto texnoloji strategiya, yeni biznesin yerləşdirilməsi, eləcə də işlənmə və tədqiqatlara sərmayələrin yatırılması ilə məşğul olacaq.
Kunisama Sudzukiyə isə istifadəçilərin Sony-in məhsulları və ümumilikdə məhsul strategiyası ilə qarşılıqlı fəaliyyət təcrübəsi üzrə yeni yaradılan mütəxəssislər qrupuna rəhbərlik etmək təklif olunub.
Bundan başqa, korporasiya tibbi texnologiyanın biznesin güclü tərəfi olmasını qəbul edərək bütün dünya klinikalarına bazarın ən yaxşı avadanlıqlarını tədarük etməyə hazırlaşır. Sony-in çətin vaxtlarını yaşayan televiziya bölməsinə şəxsən baş direktor Kadzuo Xirai nəzarət edəcək.
Mirvari
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri