Samsung-dan yeni telsiz qulaqlıq: LEVEL U

08-07-2015 / 21:27

LEVEL U-nun ilk diqqətçəkən xüsusiyyətlərindən biri onun yüngüllüyüdür.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, model 33 qram ağırlığa malikdir. Digər bir xüsusiyyəti isə erqonomikliyidir. Elastik və tənzimlənən boyun bantı şəklində olan qulaqlıqlar istifadəçinin boynunu ağrıtmayan formada hazırlanıb.

Qulaqlıqla musiqiyə nəzarət etmək və səs sistemlərini tənzimləmək mümkündür. LEVEL U-nun qulaqlıq qismində olan maqnitləri qulaqlığı bir boyunbağı kimi boynunuzda daşımağa imkan yaradır. Bununla da qulaqlıq taxılmasa belə sürüşüb düşmə riski də ortadan qalxmış olur. Bu maqnit davamlı hərəkət halında olan insanlar üçün olduqca yaxşı bir funksiyadır.

LEVEL U həmçinin cüt mikrofona sahibdir. Mikrofonlardan biri ətrafdakı səs-küyü qəbul edərkən digəri istifadəçilərin səsini alır. Bu da səs-küyü filtrləyərək danışma əsnasında qarşı tərəfin daha dəqiq səslər eşitməsini təmin edir.

Qulaqlığın funksiyaları yalnız bunlarla məhdudlaşmır. Samsung LEVEL proqramı sayəsində istifadəçiləri müxtəlif bildirişlər gəldiyi zaman xəbərdar edir. Buraxılmış zənglər, həyəcan siqnalları, tədbirlər və qalan batareya gücü kimi bildirişlər qulaqlıqla istifadəçilərə çatdırılır.

Batareya ömrü isə olduqca yaxşı vəziyyətdə olan LEVEL U 10 saata musiqiyə qulaq asma, 11 saat danışma, 500 saat da gözləmə müddəti kimi yaxşı nəticələrə malikdir. Göy, ağ, qızıl və mavi kimi dörd fərqli rəng variantıyla gələn Samsung LEVEL U ölkə xaricində 79,99 dollara satılır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə