QWERTY –telefonlar sırasına LG Prada II da əlavə olundu

13-10-2008 / 18:11
Çox güman ki, HTC Touch Pro və Sony Ericsson Xperia X1 smartfonlarının yeni rəqibi yaranacaq. LG şirkətinin planlarında yaxın vaxtlarda QWERTY-klaviaturalı PRADA telefonunun yeni versiyasını buraxmaq nəzərdə tutulub. Texniki xüsusiyətlərindən 7,2 Mbit/s HSDPA şəbəkələri, Wi-Fi simsiz şəbəkə modulu, TV-çıxış, FM-radio və 5 meqapikselli kameranı vurğulamaq olar. Aparatın xüsusiyyətləri barədə məlumatlar rəsmən təqdim edilib. Telefon isə Avropada oktyabrın axırı və ya noyabrın əvvəlində təqdim olunmalıdır. Qurğunun qiymətinin 600 avro məbləğində olacağı nəzərdə tutulub.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə