Previous Next
Bağla

Sözlərin düzgün yazılışı üçün “Təcili Yardım”

03-02-2016 15:20
Sözlərin düzgün yazılışı üçün “Təcili Yardım”

“Altun Kitab”  nəşriyyatı  tərəfindən Azərbaycan dilinin lüğət ehtiyatına daxil olan sözlərin  onlayn orfoqrafiya lüğəti hazırlanır.

Nəşriyyatın direktoru, orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov Xeberler.az-a  lüğətlə bağlı ətraflı məlumat verib.

O bildirib ki, cəmiyyətdə ən çox orfoqrafiya ilə bağlı problemləri nəzərə alaraq belə bir layihəyə başlayıblar.

Onun sözlərinə görə, hazırda orfoqrafiya lüğətinin saytı - orfoqrafiya.az üzərində işlər davam edir:

“Saytda sözlərin yalnız düzgün yazılışı  olmayacaq. Elə bir sistem yaradırıq ki, sözlər bir neçə formada yalnış yazanda belə sistem həmin sözü və ona oxşar olan sözləri çıxarsın. Bundan əlavə, deyilişi və yazılışı fərqlənən bir çox sözlərin tələffüzünü dinləmək imkanı olacaq”.

Rafiq İsmayılov deyib ki, son orfoqrafiya lüğətində əks olunmuş bütün Azərbaycan sözləri, o cümlədən mürəkkəb adlar sistemə daxil ediləcək:

“Elə sözlər var ki, onun tələffüzü ilə başqa sözün yazılışı yaxındır və ya üst-üstə düşür. Məsələn, əsl-əsil, sürət-surət. Belə sözlər izahı ilə təqim ediləcək. İstifadəçilər asanlıqla mürəkkəb sözlərin bitişik, yoxsa defislə, mürəkkəb adlarda sözlərin böyük, yoxsa kiçik hərflə yazıldığını müəyyənləşdirəcəklər”.

Onun sözlərinə görə, sistemə alınma sözlər də daxil ediləcək. Bir çox sözlərin səsləndirilməsi də mümkün olacaq:

“Artıq 2 min alınma söz peşəkar diktorlar tərəfindən səsləndirilib.

“İstifadəçilər, adətən, sözdə vurğunun yerini də müəyyənləşdirməyə  çalışırlar. Bunun üçün də  sözlərdə vurğulu sait fərqli rənglə veriləcək. Tələffüzünü bilmək üçün isə audio imkan yaradılcaq”.

Naşir qeyd edib ki, hazırda proqram üzərində işləyirlər. Onlayn orfoqrafiya lüğətinin yaxın 2 ay ərzində tam  hazır olacağı və istifadəyə veriləcəyi gözlənilir. Güman edirik ki, belə bir lüğət, ilk növbədə, mətbuat və televiziya işçiləri üçün, eləcə də şagirdlərimiz üçün çox lazımlı bir elektron vəsait olacaq.

Bu resurs istifadəçilər  üçün sözlərin düzgün yazılışında, ofroqrafiya səhvlərinin qarşısının alınmasında təcili yardım funksiyasını yerinə yetirəcək.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Onlayn orfoqrafiya lüğəti ilə bağlı yeni sayt istifadəyə verilib

Onlayn orfoqrafiya lüğəti ilə bağlı yeni sayt istifadəyə verilib

31-03-2016
İzahlı və terminoloji  lüğətlər artıq telefonunuzda

İzahlı və terminoloji lüğətlər artıq telefonunuzda

12-08-2016
Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

13-01-2018
Azərbaycanda bu sözlərin də yazılışı dəyişir

Azərbaycanda bu sözlərin də yazılışı dəyişir

16-01-2018
Dilmanc orfoqrafiya lüğəti ilə  bağlı mübahisələrə münasibət bildirdi

Dilmanc orfoqrafiya lüğəti ilə bağlı mübahisələrə münasibət bildirdi

24-11-2015
“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

07-03-2018
“İsmarış” ya “ismarıc”?

“İsmarış” ya “ismarıc”?

12-11-2014
"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

14-01-2011
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021
Nə üçün lüğətlərin onlayn versiyaları yoxdur?

Nə üçün lüğətlərin onlayn versiyaları yoxdur?

26-06-2015
Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015
Adapter və zaryadka Azərbaycan dilində necə yazılmalıdır?

Adapter və zaryadka Azərbaycan dilində necə yazılmalıdır?

26-10-2017
Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

21-08-2015
Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021
Süni intellekt qrammatik səhvləri düzəldəcək

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019
Smartfon istifadəçilərini sevindirəcək yenilik

Smartfon istifadəçilərini sevindirəcək yenilik

29-11-2017
Dilçiliklə bağlı Qaynar xətt-ə daxil olan müraciətlərin sayı açıqlanıb

Dilçiliklə bağlı Qaynar xətt-ə daxil olan müraciətlərin sayı açıqlanıb

05-10-2016
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025
Google insan səsi ilə danışıb

Google insan səsi ilə danışıb

28-12-2017
Onlayn bilet satışında nə problem var?

Onlayn bilet satışında nə problem var?

22-12-2015
Təcili tibbi yardım dronları istifadəyə veriləcək

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019
“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016
Əyləncəli telefonlar satışa çıxarıldı

Əyləncəli telefonlar satışa çıxarıldı

16-04-2015
“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”nə dair Dəyirmi Masa  keçiriləcək

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”nə dair Dəyirmi Masa keçiriləcək

20-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə