Previous Next
Bağla

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016 10:30
Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

Startap Azərbaycan 2016 müsabiqəsi başa çatmaq üzrədir.

Dünən Yüksək Texnologiyalar Parkında müsabiqənin yarımfinalçılarının yekun qiymətləndirilməsi baş tutub.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözləri ilə Azərbaycan İnternet Forumunun rəhbəri, Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü Osman Gündüz açıb.

O, müsabiqənin gedişi və təqdimatın qaydaları barədə bir daha iştirakçılara və ekspertlərə ətraflı məlumat verib.

Osman Gündüz müəyyən olunacaq qaliblərin yekun təqdimat mərasimində elan olunacağını diqqətə çatdırıb.

 Startap Azərbaycan Təşkilat Komitəsindən verilən məlumata görə Startap Azərbaycan 2106-nın yekun təqdimat mərasimin ənənəvi Startap Azərbaycan milli konfransı iyunun 1-də keçiriləcək.

Qeyd edək ki, ekspertlər bu dəfə də layihələri 5 istiqamət -komanda, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi üzrə qiymətləndirib.

Təqdimat üçün hər bir komandaya 8 dəqiqə vaxt ayrılsa da ekspertlərin sorğu –suallarının çox olması səbəbindən hər bir komandaya ayrılan vaxt limiti uzadılıb.

TK-dan bildirilib ki, 9 ekspert 2-ci qiymətləndirmədə iştirak edib.

Qiymətləndirmədə iştirak edən ekspertlər :

 -Müşviq Həsənov

- Vahid Qasımov

- Rafael Əzizov

-Vüqar Əliyarov

-Rəşad Camal 

-Rəşad Əliyev

-Vaqif Abbasov

-Elşad Yusifli

-Fərid  Kazımov

Təşkilat Komitəsindən bildirilib ki,  ekspertlərin verdiyi ballar əsasında yarımfinalçılar arasından qaliblər müəyyən olunacaq.

Xəbər verdiyimiz kimi, bu il keçirilən müsabiqəyə 45 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 20 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərə göndərilib.

1-ci mərhələ qiymətləndirmənin yekununda 10 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.

Onu da qeyd edək ki, bu il müsabiqə qaydalarına edilən dəyişikliyə görə, müsabiqəyə ən azı ilkin demo versiyası ( ilkin işlək variantı) olan layihələr buraxılıb.

Bir daha xatırladırıq ki,  yekun təqdimat məraismi və ənənəvi Startap Azərbaycan milli konfransı iyunun 1-də Holidey İnn otelində keçiriləcək.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Dünənki tədbirlə bağlı bütün fotolar Startap Azərbaycan-nın Facebook səhifəsində yerləşdirilib.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan müsabiqəsinin iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

21-05-2016

13 startap komandasının təqdimatı - Fotolarda

02-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə