Previous Next
Bağla

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016 12:46
 Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

Startap Azərbaycan 2016-da layihələrin 1-ci mərhələ qiymətləndirilməsi başa çatıb.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 1-ci mərhələ səsvermə yekunlaşıb. Hazırda Təşkilat Komitəsi ekspertlərin təqdim etdikləri nəticələri ümumiləşdirir.

TK bildirir ki, sabah nəticələr açıqlanacaq və yarımfinalçılar məlum olacaq.

Qeyd edək ki, ekspertlərə qiymətləndirmə üçün 10 gün vaxt verilmişdi. Bu mərhələ dünən başa çatıb. Qiymətləndirmə 10 ballıq sistem ilə aparılıb.

TK-dən verilən məlumata görə, ekspertlərin əksəriyyəti 1-ci mərhələ qiymətləndirmədə iştirak edib. 

Bu il müsabiqəyə ümumilikdə 45 layihə müraciət edib.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqəyə buraxılıb.

 Bu qaydalara uyğun olan 20 startap layihəsi müsabiqədə iştirak hüquqi qazanıb.

Ekspertlər 20 startap komandasının təqdim etdiyi layihə məlumatları əsasında ilkin qiymətləndirmə aparıb.

Ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən, Startap Azərbaycan TK-nın qərarı ilə yarımfinalçılar seçiləcək və seçilən layihələr Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanacaq.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə