Previous Next
Bağla

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016 10:54
Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

Məlumat verdiyimiz kimi,  bu il Startap Azərbaycan müsabiqəsinə  ümumilikdə 45 layihə müraciət edib.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqədə iştirak edə bilərdi.

Bu qaydalara uyğun olan 20 startap layihəsi müsabiqədə iştirak hüquqi qazanıb.

Məlumat verdiyimiz kimi, layihələr 1-ci mərhələ qiymətləndirmə üçün Startap Azərbaycan Ekspert Komissiyasının 11 ekspertinə göndərilib.

"Hazırda 1-ci mərhələ qiymətləndirmə davam edir. 20 layihə ekspertlər tərəfindən qiymətləndirilir. Sabah 1-ci səsvermə başa çatacaq". 

Bu barədə Xeberler.az-a Təşkilat Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, ekspertlər startap komandaları tərəfindən təqdim edilən layihə məlumatları əsasında layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək ilkin qiymətləndirmə aparır.

Belə ki, ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən, Startap Azərbaycan TK-nın qərarı ilə yarımfinalçılar seçiləcək və seçilən layihələr  Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanacaq.

Qeyd edək ki, ekspertlərə qiymətləndirmə üçün 10 gün vaxt verilib.  Bu mərhələ mayın 15-də yekunlaşacaq.

Qiymətləndirmə 10 ballıq sistem ilə aparılır.

TK bildirir ki, yarımfinalçılar seçildikən sonra 2-ci mərhələ qiymətləndirmə prosesi başlayacaq və bu mərhələdə  onlar ekspertlər qarşısında qısa müddətli təqdimatlar edəcəklər. Bu qiymətləndirmənin nəticələri əsasında  Startap Azərbaycan 2016  finalçıları müəyyən olunacaq.

Qaliblərin təqdimatının, həmçinin Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün may ayının sonunda keçirilməsi planlaşdırılır.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər. 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə