Previous Next
Bağla

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

21-04-2016 15:00
Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk. 

Bundan öncə Allrent , Təbii. AL,  GoTrip.az, WebCamTV.WebCam  startapı barədə məlumat vermişdik.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də Edu-Map.org  startapıdır.

Edu-Map.org Təhsil Portalı  gəncləri, cəmiyyəti təhsil sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar və xaricdəki təhsil imkanları barədə yenilikləri onlarla paylaşmaq məqsədi ilə  yaradılan layihədir.

Belə ki, sayt daha çox təhsil yönümlü xəbərlərin istehaslı üzrə ixtisaslaşıb.

Edu-Map.org barədə daha ətraflı layihə rəhbəri Rasim Abdurəhmanov  ilə söhbət etdik.

Edu-Map.org təsisçisi deyib ki, hədəfləri  gənclərin hərtərəfli inkişafı üçün təhsil imkanları barədə onlara məlumat vermək, onların bilik və bacarıqlarının inkişaf etdilməsi istiqamətində təşəbbüslərini dəstəkləməkdir:

“ Edu-Map.org təhsil saytı olmaqla yanaşı mədəniyyət, müsabiqələr, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. Multimedianı tam dəstəkləyən saytda elektron kitabxanada fəaliyyət göstərir. Gənc yazarların yaradıcılıq işlərini geniş oxucu kütləsi ilə paylaşması üçün saytda xüsusi bölmə də faəliyyət göstərir. Əsas auditoriyası gənclərdən ibarət olan saytımızın məqsədi gənclərin asudə vaxtlarını faydalı təlimlərə, seminarlara, sərgilərə, müsabiqələrə, təcrübə və könüllü proqramlarına sərf etmələrinə dəstək olmaqdır”.

Rasim Abdurəhmanov layihənin hazırda yerli bazar üçün nəzərdə tutulduğunu bildirib:

“Komanda olaraq iki nəfərik. Və bu işi könüllü olaraq görürük. Saytın yığılması, dizaynı özümüz etmişik. Həvəskar olaraq belə bir portalı ərsəyə  gətirdik. Dizayn, komanda işlərində dəstək olan olarsa əlbəttə xarici bazarada çıxarmaq istərdik. Hətta, şirkətlərə, qurumlara informasiya dəstəkçisi də ol bilərik”.

Onun sözlərinə görə, layihəyə başlamazdan öncə yerli bazar araşdırılması aparılıb.

Rasim Abdurəhmanov  belə bir portalı ilk dəfə hazırladıqlarını və ona görə də rəqiblərinin olmadığını deyir

O, Startap Azərbaycan 2016-dan gözləntilərini də bizimlə bölüşüb:

“Startap Azərbaycan 2016-dan gözləntilərim portalımızın qalib olmasıdır (gülür). Bundan əvvəl MilliNet müsabiqəsində də iştirak etmişdim, yəqin ki, dizayn məsələsinə görə seçilmədik. Portalımız gənclər üçün faydalı bir portaldır. Onların şəxsi inkişaflarında, təcrübə proqramlarında, müsabiqələrdə iştirak etmələri, iş elanlarından məlumatlı olmaları üçün hamısını bir portalda toplamışıq. İnanıram ki? Startap Azərbaycan 2016-da bizim fəaliyyətimizi qiymətləndirib,  dəstək verəcəklər”.

Rasim Abdurəhmanov hazırda saytın İOS və Android versiyasını hazırlamaq üçün imkanlarının olmadığını qeyd edib.

O bildirib ki, gələcəkdə yeni əməkdaşlıqlar əldə edə bilsələr, saytın mobil tətbiqlərini də hazırlayacaqlar.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Qənaət

26-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

19-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

Xaricdəki həmyerlimizdən yerli startaplara dəstək

13-08-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016

İnformatika.edu.az portalı istifadəyə verilib

06-09-2015

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

Gəncədə beynəlxalq startap layihəsinə başlanır

13-08-2016

Startap Azərbaycan portalı və vaxt istifadəyə veriləcək?

24-01-2017

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Mədəniyyət obyektlərinin 3D panoraması yayımlanıb

14-05-2012

Elektron testlərin sayı artırılıb

08-09-2015

“Elektron Təhsil” müsabiqəsi başlayır

01-09-2017

Gələn həftədən şagirdlərin elektron yerdəyişməsi sistemi yenidən aktivləşəcək

16-10-2023

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə