Previous Next
Bağla

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016 16:22
Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk. 

Bundan öncə Allrent , Təbii. AL,  GoTrip.azWebCamTV.WebCam  Edu-Map.org və  digər 7 layihə barədə  startapları barədə məlumat vermişdik.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri isə OfferBee startapdır.

OfferBee bütün brendlərin yenilikləri haqqında məlumatları (endirim, kampaniya, vakansiya, xüsusi promo aksiyalar və s.) bir arada cəmləyən proqramdır.

OfferBee barədə daha ətraflı layihə rəhbəri Seymur Kazımzadə ilə söhbət etdik.

Təsisçi deyib ki, OfferBee ilkin mərhələ olaraq Azərbaycan (Bakı) və Rusiya (Moskva) bazarı üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, layihə başlamazdan öncə bazar araşdırması aparılıb:

“Gələcəkdə layihənin yaxın regionlarda da fəaliyyəti  nəzərdə tutulub. Bununla bağlı Azərbaycanda və Rusiyada bazar araşdırılması aparılıb, oxşar xidmətin olmadığı müəyyən olunub.


Belə ki, ictimaiyyətin marağında olan müxtəlif sahəyə aid brendlərin yeniliklərinin (endirim, vakansiya, kampaniya və s.) hamısının bir arada olduğu platforma mövcud deyil. Hər hansı yenilikləri öyrənmək üçün hər bir brendin internet səhifəsinə, Facebook səhifəsinə və s. müraciət etmək məcburiyyətində qalırıq. Bu isə əlavə vaxt və enerji itkisidir. Yaratdığımız məhsul həm də məşhur markalar üçün rahatlıq yaradır. Beləliklə, brendlər öz hədəf kütlələrinə birbaşa çıxış əldə edə bilir və yeniliklərini mətn, şəkil və video kimi vasitələrdən istifadə edərək ən effektiv formada çatdıra bilir”.

Seymur Kazımzadə deyib ki, platforma həm Android, həm də iOS üçün istifadəyə verilib. Bir aydan çoxdur istifadəyə təqdim edilən mobil tətbiqlərdən 5000-dən çox  yükləmə olub.

O qeyd edib ki,  artıq bir neçə  əməkdaşlıq müqaviləsi də  imzalanıb və bəzi brendlərlə OfferBee istifadəçiləri üçün özəl endirim təklifi ilə bağlı razılaşma əldə edilib.

Seymur Kazımzadə Startap Azərbaycan-dan gözləntiləri barədə də danışıb:

“Müsabiqədən əsas gözləntimiz ekspertlərin rəyi əsasında  öz  zəif tərəflərimizi görüb, bunun üzərində çalışıb, layihəni  daha təkmil hala gətirməkdir. Bundan başqa, müsabiqədə  iştirak bizə əlaqələrimizi genişləndirməyə yardım edəcək. Və əlbəttə ki, hamı kimi biz də qalib olmaq istəyirik (gülür)”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

19-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Qənaət

26-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

21-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Startap Azərbaycan portalı və vaxt istifadəyə veriləcək?

24-01-2017

Gənclərimizdən qlobal bazara iddialı olan daha bir startap

25-04-2016

Qrant alan startaplar inkişaf edə bilirmi? -Araşdırma

03-05-2017

Gənclərimizdən daha bir qlobal startap- Lendock

05-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016

“Kofe.al yaradıcı şəxslər üçün innovativ dəstək həlli təqdim edir”-Müsahibə

05-09-2023

Keepface Gürcüstan bazarında fəaliyyətə başladı

03-04-2017

Olduğunuz yeri paylaşın, endirim qazanın- Yeni layihə

30-06-2017

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Axtardığınızı daha tez tapacaqsınız - yeni startap gəlir

04-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə