Previous Next
Bağla

Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

19-04-2016 13:53
Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk. 

Bundan öncə Allrent , Təbii. AL,  GoTrip.az  startapı barədə məlumat vermişdik.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də  WebCamTV.WebCam  startapıdır.

Belə ki, WebCamTV.WebCam - yeni nəsil WebCam Realiti şou və onlayn  alış-veriş - WebCam marketinq servisi üzərində çalışır.

WebCamTV.WebCam telemarketinq,TV Maqazin və Realiti şou iş prinsinlərinin sintezindən formalaşdırılmış tam yeni yanaşmalı və yeni formatlı bir marketinq servisidir.

Bu servisin ən böyük sosial əhəmiyyəti isə odur ki, servisdə çalışan aparıcıların, - WebCam operatorarın ən azı 50% əlilliyi olan şəxslərdir ki, bu şəxslərin fiziki hərəkət imkanları məhdud olduğundan iş tapmaq, işə gedib gəlmək onlar üçün ciddi problemdir. Bu baxımdam WebCamTV.WebCam əlilliyi olan şəxsləri WebCam operator vakansiyası ilə işlə təmin edilməsi ilə ümumən respublikamızda (gələcəkdə isə dünyada) əlillərin işlə təmin olunmasını qarşısına məqsəd qoyub.

WebCamTV.WebCam barədə daha ətraflı  layihə rəhbəri Elçin Məmmədov ilə söhbət etdik.

Layihə rəhbəri deyib ki, WebCamTV.WebCam Azərbaycanda fəaliyyətə başlasa da,  məqsəd mərhələ-mərhələ qlobal bazara çıxmaqdır.

Onun sözlərinə görə, öncə Azərbaycan, daha sonra MDB və Baltikyanı ölkələr, Türkiyə və nəhayət Avropa və Şimalı Amarika bazarına çıxmağı planlayırlar.

Elçin Məmmədov deyir ki,  layihəyə başlayanda bazar araşdırmaları aparılıb, layihə özünə auditoriya toplayıb.

Hazırda layihənin beta versiyada olduğunu diqqətə çatdıran layihə rəhbəri mayın 1-dən ilk kiçik həcmli yayımlarla başlayacaqlarını bildirib:

“Layihənin saytı tam hazırdır. Saytın həm desktop versiyası, həm də smartfon, planşetlər üçün uyğunlaşdırılıb. Platformanın iOS və Android  versiyası isə may ayının sonuna qədər istifadəçilərə təqdim ediləcək”.

Elçin Məmmədov Startap Azərbaycan 2016-dan gözləntiləri barədə də danışıb:

“Layihəmizin  perespektivləri çoxdur. WebCamTV.WebCam kifayət qədər innovativ formatını və azad medianın inkişafına, onlayn ticarətin inkişafına, daha geniş bazara çıxmaq imkanı yaratmaqla xırda və orta sahibkarlığın, eləcə də fermer təsərrüfatlarının inkişafına yardım edəcək. Bu baxımdan da Startap Azərbaycan-da iştirak gələcək yeni əməkdaşlıqlar üçün imkan yaradacaq. Bu müsabiqədə iştirak  layihənin daha sürətli inkişafına dəstək olacaq. Həmçinin, layihəmizin PR işi və investorlara çıxışı  baxımından da müsabiqədə iştirak faydalıdır.  Amma müsabiqədə qalib olmasaq da, WebCamTV.WebCam-ın həm Azərbaycanda, həm də qlobal bazarda populyar resursa çevirə biləcəyimizə əminik”.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

21-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Qənaət

26-04-2016

Google Maps`a yenilik əlavə olundu

22-04-2009

3D jurnallar satışa çıxarılacaq

26-11-2009

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016

Apple-nin bacarmadığını Rusiya etdi

29-05-2009

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

29-07-2015

İnsanları tanıyan su kranı istehsal olundu

07-05-2009

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Yeni netbook seriyası satışa çıxdı

04-05-2009

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Nar daha bir layihəyə dəstək oldu

29-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə