Hazırda Malaziyada və Sinqapurda beynəlxalq startap layihələri həyata keçirən həmyerlimiz Cəsur Həsənov yerli startaplarımıza dəstək məqsədi ilə startap təlim proqramı hazırlayıb.
Qeyd edək ki, Cəsur Həsənov Malaziyada veb consulting və development şirkəti AzcaIT-in yaradıcılarından biridir. Hazırda BeBonobo layihəsini də həyata keçirir. BeBonobo layihəsi yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək investorları özünə cəlb edib.
Cleantech Hackathon Programme Malaysia 2015 1AES-də 2-ci yer
Hazırda BeBonobo Silikon Vadisindəki “Cleantech Open Accelerator”, Sinqapur Beynəlxalq Fondu tərəfindən yaradılan “YSE Incubator program” və Cənub-şərqi Asiyanın (SouthEast Asia) ən prestijli akseleratoru proqramı MAP (MaGIC Accelerator Program) SE Track tərəfindən həm maddi, həm də texniki tərəfdən dəstəklənir.
Cəsur Həsənov yerli startaplarımıza dəstək məqsədi ilə hazırladıqları proqram barədə Xeberler.az-a ətraflı məlumat verib.
Onun sözlərinə görə, bu layihəyə başlamaqda məqsəd xarici ölkələrdə qazandıqları təcrübəni yerli gənc startapçılarımızla bölüşməkdir.
Həmyerlimiz deyir ki, onlayn formada həyata keçiriləcək GrowthCoachBaku proqramında Azərbaycandan 3 layihə komandası ilə iştirak edə bilər:
ASEAN SE konfransı-Sinqapur- 21-23 İyul 2016
"Proqrama qəbul zamanı əsasən startap sistemində yeni olan gənc startapçılara və ideyası olub ideyasını məhsulu necə çevirə biləcəyini öyrənmək istəyənlərə daha çox üstünlük veriləcək. Ümumilikdə ideyası olmasa belə, bir biznes ideyasının necə yarandığını və onun ideyadan məhsula necə transformasiya olunduğunu öyrənmək istəyənlər də müraciət edə bilər. Hələlik onlayn olaraq həftədə 2-3 sessiyamız olacaq.Sessiyalarda startaplar üçün ən vacib mövzular əhatə olunacaq. Əlbəttə suallara açıq sessiya olacaq. İştirakçılar hər ayın əvvəli növbəti ay üçün əməliyyat planı hazırlayacaq və ayın sonunda isə planın yerinə yetirilməsi haqqında hesabat verəcək. Bu proses bizim sessiyalarla dəstəklənəcək ki, iştirakçılar inkişaf edib, öyrənməkdə çətinlik çəkməsin. Biz də onların proqramdan öyrəndiklərini müzakirə edib, nəticə çıxardacağıq”.
Onun sözlərinə görə, proqramın əhatə edəcəyi mövzular tezliklə saytda yerləşdiriləcək.
Kazan OIC Youth Entrepreneurship Forum -da qalib
15-19 May 2016 - Rusiya
Cəsur Həsənov qeyd edib ki, proqrama seçiləcək 3 startap layihəsinin beynəlxalq platformlara çıxışına, bu sahədə yeni əlaqələr qurmalarına onlar tərəfindən daim dəstək göstəriləcək.
Həmçinin bu startapların Sinqapur Beynəlxalq Fondunun Gənc Sosial Sahibkarlar İnkubasiyasına qəbul məsələsində də onlar dəstək göstərəcək. İştirakçılar həmyerlilərimizin Malayziya və Sinqapurdakı tərəfdaşları ilə əməkdaşlıq imkanı da əldə edə biləcək.
Onun sözlərinə görə, proqram sentyabrda başlayacaq və 4 ay- dekabra qədər davam edəcək.
Həmyerlimiz qeyd edib ki, bu mərhələdə iştirakçılardan şirkət qurmaq tələb olunmayacaq.
Qeyd edək ki, proqramda iştirak ödənişsizdir.
Müraciət üçün son müraciət tarixi sentyabrın 1-də bitir. Onlayn müraciət formasını burada doldura bilərsiniz.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri