Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016 / 16:02

Startap Azərbaycan iddiaçılarını tanıyaq- Tələbə Kitabxanası

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk. 

Bundan öncə Allrent , Təbii. ALGoTrip.azWebCamTV.WebCam  Edu-Map.orgOfferBee, Qənaət və  digər 7 layihə barədə startapları barədə məlumat vermişdik.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də Tələbə Kitabxanası-dır.

Tələbə Kitabxanası  tələbələr üçün hər mövzuya uyğun kitabların rahat şəkildə əldə edilə bilməsini təmin etmək məqsədi ilə yaradılıb.

Mobil kitabxanada kitablar sıra kateqoriyalarına görə sıralanaraq oxucuların daha tez zamanda axtardığı kitabları əldə edə bilməsinə yönəlib.

Tələbə Kitabxanası ilə bağlı daha ətraflı layihə rəhbəri Cəmil Oruclu ilə söhbət etdik.

Cəmil Oruclu Xeberler.az-a bildirib ki, layihəyə başlamazdan əvvəl qısa bir bazar araşdırması aparıblar və belə layihənin Azərbaycanda olmadığına əmin olublar:

“Layihə yerli bazarlar üçün nəzərdə tutulub. Düşünürəm ki, mobil kitabxana Azərbaycanda təhsil alan tələbələrə çox böyük dəstək olacaq. Hazırda layihənin bir hissəsi hazırdır”.

Layihə rəhbəri heç bir dəstək olmadan belə proqram yaratdığını deyib:

“Artıq tələbələr Kitabaxana-ın Android versiyasından istifadə edə bilir. Bu layihəyə başlayarkən heç bir peşəkar dəstək almadan proqramın Android versiyasını ərsəyə gətirdim. Proqramın çatışmayan cəhətləri var və uzun müddət işləyə bilməsi üçün maddi dəstəyə ehtiyac var”.

Cəmil Oruclu onu da qeyd edib ki, layihənin saytını açmaq müəyyən vəsait tələb etdiyi üçün hələlik buna imkanları çatmır.

“Hələlik Android versiyasını istifadəyə vermişik və hər gün tətbiq daha da təkmilləşdirilir. Saytı açmaq üçün yetərli vəsait olmadığından hələki gözləmədədir. Əgər layihə sevilərsə, maraqla qarşılanıb, təlabat olarsa, gələcəkdə iOS versiyasını da hazırlamaq istəyirik”.

O, Startap Azərbaycan 2016 -dan gözləntiləri barədə də danışıb:

“Müsabiqədə iştirak layihənin tanıdılması, daha çox tələbənin belə  proqramın olması haqda məlumatlandırılmasına kömək edəcək. Startap Azərbaycan eskpertlərin rəyləri  də mənim üçün maraqlıdır”.

Qeyd edək ki, bu günə qədər Startap Azərbaycan 2016-da 19 layihə qeydiyyatdan keçib. Qeydiyyat aprel ayının sonunadək davam edəcək.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə