Previous Next
Bağla

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Qənaət

26-04-2016 15:21
Startap Azərbaycan  iddiaçılarını tanıyaq-Qənaət

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk. 

Bundan öncə Allrent , Təbii. AL,  GoTrip.azWebCamTV.WebCam  Edu-Map.org OfferBee və  digər 7 layihə barədə  startapları barədə məlumat vermişdik.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri isə Qənaət startapıdır.

Qənaət insanlara öz xərclərini ən doğru formada müəyyənləşdirmələrinə yardım etmək üçün yaradılan platformadır.

Belə ki, bu layihə nəticəsində bir çox insanlar xərclərinə düzgün formada nəzarət etmək və saytın, mobil tətbiqin köməkliyi ilə asan formada öz gəlirlərinə qənaət etmək imkanına sahib olacaq.

Layihə rəhbəri Tural Səmədov Xeberler.az-a Qənaət barədə daha ətraflı məlumat verib:

“Məsələn, ailədə 4 nəfər var və ailəyə aylıq olaraq 300 AZN pul daxil olur. Bu 300 AZN-dən müəyyən bir hissəsini aylıq olaraq yemək-içmək və digər zəruri xərclərə yönəltmək üçün bu sayta və tətbiqə daxil olub müvafiq axtarış böməsində məbləği, ailə üzvlərinin sayını və əlavə olaraq, istəyə uyğun bölmələri (vegeteranlar, şəkərli diabet və s.) daxil edirsiniz. Bununla da həmin şəxsə bir ay ərzində qeyd etdiyi məbləğə uyğun olaraq gündəlik normal koloridən az olmamaq şərtilə yemək-içmək üçün ərzaqlar və aylıq digər zəruri malların siyahısı verilir.

Yəni, verilmiş qiymətə uyğun olaraq bütün mallar və qiymətlər xidmət tərəfindən bir neçə saniyə içərisində incəliklə hesablanır və itkiyə yol verilmir. Siyahıda qeyd edilən ərzaqların hər birindən neçə cür yeməklərin hazırlanması, onların saxlanma şəraiti və s. haqqında da məlumatlar yazılı və ya video şəklində  təqdim olunur. Alıcı telefonuna gəlmiş məktubda qeyd edilmiş ID kodu ilə əraziyə uyğun əməkdaşlıq edəcəyimiz marketlərə yaxınlaşaraq, göstərilmiş qiymətlərlə məhsulları əldə edə biləcək”.

Tural Səmədov deyib ki, Qənaət-in saytı hələki demo versiyadadır və layihənin hazırlanması istiqamətində işlər davam edir.

Təsisçi Startap Azərbaycan-dan layihəyə maliyyə cəlb olunması və təşkilati dəstək istiqamətində gözləntilərinin çox olduğunu  deyib:

“Biz insanlara daha çox qənaət etməyə, xərclərini və vaxtını səmərəli istifadə etməsi üçün şərait yarada biləcək bir xidmət yaradırıq. Bu baxımdan fikirləşirik ki, Startap Azərbaycan və investorlar ən uğurlu layihələrdən biri olacaq Qənaət-i seçməklə yanılmayacaqlar”.

Tural Səmədov layihənin mobil tətbiqləri ilə bağlı işlərin sonuncu mərhələdə olduğunu bildirib:

“Əsas vacib iş saytdan öncəki işlərdir. Bu mərhələ də  5 ay vaxt alacaq. Biz hələlik bu işlərin nədən ibarət olacağını açıqlamaq istəmirik”.  

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

21-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

19-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016

“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi 3 startapa aktivlər təqdim edib

09-03-2021

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

“Gənclərin Maliyyə Savadlılığı portalı”nın təqdimatı keçirilib

15-08-2025

Startapçılarımız informasiyanın əldə edilməsini asanlaşdıran yeni sistem yaradıb

22-07-2015

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ artıb

23-12-2024

Polşalı investorlar texnoparkda olublar

05-06-2018

Elektrik enerjisinə 70% qənaət edən lampa

26-10-2010

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

07-11-2024

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

“Sony” daha qənaətcil olacaq

21-11-2013

Azərbaycanda Startap Portalı yaradılır

26-10-2016

Hesab.az yeni loqosunu təqdim etdi-Video

09-03-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə