Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016 / 12:23

Məlumat verdiyimiz kimi, martın 1-dən Startap Azərbaycan 2016 müsabiqəsinə qeydiyyat davam edir.

Xeberler.az olaraq bu il Startap Azərbaycan-da iddiaçı olan layihələrlə bağlı yazılar yayımlayacağıq.

 Qeyd edək ki, bu günə qədər müsabiqədə  14 layihə qeydiyyatdan keçib.

Əvvəlcə ictimaiyyətdə ən çox sual yaradan bir məqama aydınlıq gətirmək  istərdik.

Son vaxtlar cəmiyyətdə bu il Startap Azərbaycan-da az sayda layihələrin iştirak etməsi maraq yaradıb.

Qeyd edək ki, Startap Azərbaycan TK-nın qərarına görə, bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqədə iştirak edə biləcək.

Yəni, əvvəlki illərdə ideya  formasında olan layihələr də müsabiqəyə qəbul edilirdi. Bu il isə TK  layihənin keçirilməsi qaydasında bəzi dəyişikliklər edib.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də  Allrent.az startapıdır.

Allrent-in məqsədi bütün icarə verilən əşyaları, obyektləri bir ünvanda cəmləşdirməkdir.

Layihə rəhbəri Toğrul Bayramlı Xeberler.az-a  bildirib ki, artıq hər hansısa bir əşyanı icarə götürmək üçün gəzməyə və ya dost -tanışdan axtarmağa ehtiyac qalmayacaq:

"Platformda icarəyə götürmək istədiyiniz əşyanın və ya obyektin bizə nə qədər yaxın və ya uzaq olduğunu rahatlıqla görə biləcəyik. İstifadəçilər icarə olaraq hər bir əşyanı yerləşdirə biləcək. Ən əsası bir müddətlik bir iş üçün əşyanı almağa ehtiyac qalmayacaq. Azərbaycanda velosiped sürmək üçün, qalmaq üçün və s. üçün vaxt itirməyinə ehtiyac qalmayacaq, onlayn saytdan icarə götürüb rahatlıqla istifadə edəcək, rahatlıqla kirayə evində qala biləcək. Sayt beynəlxalq olduğu üçün bizdə xaricə gedəndə belə əziyyətlərlə qarşılaşmayıb rahatlıqla icarə götürə biləcəyik”.

Layihə rəhbəri deyib ki, layihə yerli  bazar üçün nəzərdə tutulub və bununla bağlı bazar araşdırması aparıblar.

Onun sözlərinə görə,  layihəninin Android və İOS  tətbiqlərinin də istifadəyə verilməsi nəzərdə tutulub.

Toğrul Bayramlı müsabiqədən gözləntiləri barədə də danışıb:

“Hazırda saytın demo versiyasını hazırlayırıq. Layihəmiz finala çıxarsa, gələcək fəaliyyətimiz üçün yeni imkan olacaq.  Çünki, saytımızı və mobil tətbiqlərimizi hazırlamaq üçün müəyyən  vəsaitə ehtiyac var. Hazırda bunları qarşılaya bilmirik”.

Layihə rəhbəri qeyd edib ki, ötən il də müsabiqəyə müraciət ediblər, lakin biznes planı yazmağa vaxt çatdıra bilmədikləri üçün  qəbul edilməyiblər:

“Əslində müsabiqədə qalib olmaq asandır, əsas bu ideyanı yaradıb uzun ömürlü etməkdir. İndiki dövrdə çox belə layihələr var müəyyən qrantlar hesabına yaradılır, lakin 1-2 aydan sonra isə heç layihə rəhbəri də öz yaratdığı sayta nəzarət etmir. Məlumdur ki, indi qurumlar, investorlar əsasən tez maliyyə gətirən layihələrn inkişafına yatrım edib, dəstəkləyir. Düşünürəm ki, bizim layihə müəyyən dövrdən sonra maliyyə gətirəcək. Allrent sosial yönümlü startap olduğu üçün qələbə qazanmağımıza  çox ümid edirəm”.

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə