Previous Next
Bağla

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016 13:05
Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

Məlumat verdiyimiz kimi, Startap Azərbaycan 2016 müsabiqəsinə qeydiyyat başa çatıb.

Belə ki, müsabiqəyə qeydiyyat martın 1-dən aprelin sonuna qədər aparıldı.

Startap Azərbaycanın Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu il müsabiqəyə ümumilikdə 45 layihə müraciət edib.

Qeyd edək ki, Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqədə iştirak edə bilərdi.

Həmçinin Startap Azərbaycan Təşkilat Komitəsi elan etmişdi ki, qeydiyyatdan keçən layihələr ekspertlərin qiymətləndirməsi məqsədilə startapları barədə ətraflı məlumat əlavə etməlidir.

Məlumata görə, bu mərhələdən bəzi startaplar keçə bilməyib. TK-nın bunun üçün müəyyən etdiyi müddətdə bəzi layihələr məlumatı yükləməyib.

TK bildirir ki, bu qaydalara uyğun olan 20 startap layihəsi müsabiqədə iştirak hüquqi qazanıb.

Startap Azərbaycan 2016 müsabiqəsində iştirak hüquqi qazanan layihələri təqdim edirik:

  1. Ustam
  2. GoTrip.az
  3. FoodLook
  4. Wibeme
  5.  WebCamTV.WebCam  
  6.  OfferBee 
  7. Barille Pad
  8. Qənaət
  9. BUSINESSET
  10. Edu-map.org
  11. Wellbring Shopping Center
  12. YOL Sosial Şəbəkəsi
  13. MAQAZİN.mobi Sayti Haqqinda
  14. e-book.az
  15. Velesopedini paylaş! - Share your bike!
  16. IBeWe sosial şəbəkəsi
  17. MC market
  18. SMARTAPPP -Endirimli alış-veriş və Mobil ticarət
  19. Tələbə Kitabxanası
  20. A Question

Layihələr barədə daha ətraflı burada.

TK-dan verilən məlumata görə, artıq layihələr 1-ci mərhələ qiymətləndirmə üçün ekspertlərə göndərilib.

Startapların 1-ci mərhələ qiymətləndirməsində Startap Azərbaycan Ekspert Komissiyasının 11  ekspertinin iştirakı nəzərdə tutulub:

-Vahid Qasımov   

-Coşqun Kərimov 

-Vüqar Əliyarov

-Cavid Nadirov

-Rəşad Camal 

-Rəşad Əliyev

-Vaqif Abbasov

-Elşad Yusifli

-Qərib Mehdiyev

-Fərid  Kazımov

-Adil Əliyev  

Ekspertlər startap komandaları tərəfindən təqdim edilən layihə məlumatları əsasında layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək ilkin qiymətləndirmə aparacaqlar.

Ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən, Startap Azərbaycan TK-nın qərarı ilə yarımfinalçılar seçiləcək və seçilən layihələr  Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanacaqlar.

Ekspertlərə qiymətləndirmə üçün 10 gün vaxt verilib. Qiymətləndirmə 10 ballıq sistem ilə aparılır.

Qeyd edək ki, yarımfinalçılar seçildikən sonra 2-ci mərhələ qiymətləndirmə prosesi başlayacaq və bu mərhələdə  onlar ekspertlər qarşısında qısa müddətli təqdimatlar edəcəklər. Bu qiymətləndirmənin nəticələri əsasında  Startap Azərbaycan 2016  finalçıları müəyyən olunacaq.

Qaliblərin təqdimatının, həmçinin Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün may ayının sonunda keçirilməsi planlaşdırılır.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər. 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

13 startap komandasının təqdimatı - Fotolarda

02-05-2015

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə