Məlumat verdiyimiz kimi, bir müddət öncə Azərbaycanda bədii ədəbiyyatları elektron formatda tez və rahat oxumağa imkan verən yeni internet layihəsi- Readit saytı fəaliyyətə başladı.
Startap layihəsi daha bir yenilik edib.
Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, öncə abunə formatında çalışan servis artıq bu aydan ayrı-ayrı kitabların qısa məzmununu satışa çıxardıb.
Qeyd edilib ki, artıq istədiyiniz kitabın qısa məzmununu cəmi 0.99 AZN-ə əldə edə bilərsiniz.
Komandanın məlumatında bildirilib ki, servisin ən böyük üstünlüyü ondan ibarətdir ki, Azərbaycan dilində heç vaxt dərc olunmayan kitabları ana dilimizdə və qısa məzmunda oxuculara təqdim edir.
Məsələn, “Bir dəfə Şimali Koreyada” kitabı azərbaycan dilində dərc olunmayıb, lakin dünyada ən çox oxunan kitablar siyahısına daxildir. Readit.az məhz dünyada ən çox satılan kitabların arasında oxunması ən vacib olan kitabları seçərək qısa məzmunda öz oxucularına çatdırır.
Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, sahibkarlar, şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri