Previous Next
Bağla

İstədiyiniz kitabın qısa məzmunu bir platformada–ReadIt

29-01-2016 11:11
İstədiyiniz kitabın qısa məzmunu bir platformada–ReadIt

Bədii ədəbiyyatları elektron formatda “tez və rahat” oxumağa imkan verən Azərbaycanda yeni  internet layihəsi- ReadIt saytı yaradılıb.

Layihənin təsisçisi Elmir Kərimli  Xeberler.az-a bildirib ki, ReadIt geniş miqyaslı və unikal bir layihədir. Onun sözlərinə görə, layihə  Azərbaycanın hüdudlarından kənar çıxan ilk yerli startaplardan biridir:

“ Layihə biznes ədəbiyyatı oxucularına Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim etməklə öz əhatəsini Gürcüstan, Rusiya, Ukrayna və Şərqi Avropanın İngilis dilli auditoriyasının sərhədlərinədək genişləndirməyi hədəfə alıb”.

Elmir Kərimli deyib ki, www.readit.az saytının unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri bədii ədəbiyyatının axtarışına vaxt sərf etməyəcək, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edəcək:

“Məhz müasir insanın ən qiymətli aktivi – vaxtı nəzərə alaraq, ReadIt layihəsinin yüksək ixtisaslı beynəlxalq komandası sizin şəxsi və peşəkar yüksəlişiniz üzərində işin maksimum asan, tez və əyləncəli olmasını təmin etmək məqsədilə bu layihəni yaratdıq.  İl ərzində dünyada, bizim “must read” hesab etdiyimiz yüzlərlə faydalı kitab dərc olunur. Lakin onlardan neçəsini oxumuşuq, və ya oxumağa başlayıb sona çatdırmamışıq? “Oxumamağımızın” və ya “sona çatdırmamağımızın” səbəbləri müxtəif ola bilər, lakin ən əsas səbəb – vaxt və kitabın əldə olunması prosesidir. Məhz buna görə də, layihənin məqsədi qeyri bədii ədəbiyyatı yığcam və asan anlaşılan şəkildə təqdim etməkdir”.

Layihə rəhbəri qeyd edib ki, ReadIt dünya üzrə bütün dövrlərin ən yaxşı və faydalı bestseller kitablarının xülasəsini (summary) özündə cəmləmişdirir. Qısa məzmunlu mətnlər kitabın əsas və qiymətli ideyalarını əks etdirir və 7-15 səhifədən ibarətdir:

"Read It-də qısa məzmunlu kitabları oxumaqla siz minimum vaxt ərzində müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnəcəksiniz. Əldə etdiyiniz bilikləri daha da möhkəmləndirmək üçün bəzi kitabların xülasəsi əsasında test tapşırıqları da hazırlanılıb. Bu testlər sizin və əməkdaşlarınızın kitabın əsas ideyasını nə dərəcədə qavradığını yoxlamağa imkan verir”.

Elmir Kərimli bildirib ki, saytda təqdim olunan kitabların bir çoxu, Azərbaycan və gürcü dillərində heç vaxt dərc olunmayıb, bəziləri isə hətta rus dilində də işiq üzü görməyib:

Onun sözlərinə görə, öz oxucularını mütəmadi olaraq yeni bestseller kitablarla operativ təmin etmək məqsədilə ReadIt komandası, “professional və şəxsi inkişafın heç bir hüdudu yoxdur” prinsipinə əsaslanaraq, öz unikal kitabxanasını hər həftə yeni kitablarla zənginləşdirməyə  çalışacaq:

“Layihədə təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər  üçün də ideal vasitədir”.

Qeyd edək ki, kitabxanadan yalnız elektron formatda və sayta abunə olmaqla istifadə edə bilərsiniz.  Pulsuz xülasəni oxuyub abunə olmağa qərar vermək üçün saytda qeydiyyatdan keçmək lazımdır. Aylıq abunə haqqı 9.90$-dan başlayır. Öz əməkdaşlarının inkişafına dəyər verən şirkətlər üçün isə ReadIt korporativ abunə paketi də təklif edir. 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap layihəmizdən daha bir yenilik

31-01-2017

500 min kitab cibinizdə

01-04-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

"Azercell"in rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

14-09-2021

Azərbaycanda kitaba marağın azalma səbəbi nədir?

03-08-2009

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

Azərbaycanın ilk mobil nəşriyyatı istifadəyə verilib

07-10-2015

“Xalq Kompüteri” layihəsinin rəsmi saytı fəaliyyətə başladı

18-08-2009

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

Gənclərimizdən qlobal bazara iddialı olan daha bir startap

25-04-2016

Nar TV xidmətinə qoşularaq pulsuz TV tüner əldə edə bilərsiniz.

21-07-2018

Azərbaycanda ilk dəfə olaraq bədii əsərlə birlikdə onun audio versiyası təqdim olunacaq

23-09-2009

ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

07-05-2019

Zamanında yola çıxan YOL-Yeni startap gəlir

16-03-2016

Ulduzum-un saytı yeniləndi

23-05-2017

Yeni texnologiya bağlı kitabları oxuyacaq

14-09-2016

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

“Google”un yeni layihəsi

07-02-2011

“Nar”dan Beynəlxalq Kitab günü münasibətilə müsabiqə

23-04-2022

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

13-10-2022

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

Daha bir elektron kitabxana istifadəyə verildi

23-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə