“Bəziləri başqa böyük və özəl şirkətlərdə özlərinə iş tapıb, Texno Parkdan ayrılırlar”.
Yüksək Texnologiyalar Parkı hazırda İT layihələrinin inkişafına dəstək verir.
Parkın fəaliyyəti ilə bağlı Xəbərlər Yüksək Texnologiyalar Parkının Layihələrə Dəstək və Elmi Potensial Şöbəsinin rəisi Ülvi Aslanov ilə söhbət edib.
Ülvi Aslanov Texnologiyalar Parkındakı İT layihələrinin fəaliyyəti və startaplarla əməkdaşlıqları barədə suallarımızı cavablandırıb.
-Texnologiyalar Parkında hazırda neçə şirkət çalışır?
- Texnologiyalar Parkında ofislərlə yanaşı, birgə ofislər və co-vorking tipli yerimiz var. Ayrılmış ofislərlə birgə ofislərdə ümumilikdə 9 şirkətləşmiş müəssisə var. Parkda ümumi 37-ə yaxın layihə var. Onların bəziləri artıq layihə kimi tam formalaşıb və şirkətləşib, bəzi layihələr üzərində isə hazırda işlər davam edir.
-Texno Park layihələrdən bazar qiymətləri ilə müqayisədə nə qədər aşağı olmaqla icarə haqqı alır?
-Texno Parkın inkubasiya mərkəzinin in icarə haqqları var. Mərkəz sadəcə kirayə ofislərə görə ödəniş alır. Həmin ödənişləri isə keyfiyyətli xidmət göstərmək üçün layihələrə xərcləyirik. Pul qazanmaq, maddi maraq və layihələrdə ortaq olmaq marağımız yoxdur və göstərdiyimiz xidmətlərlə öyünməyə çalışırıq. Uğurlu layihələrin sayının çox olması və həmin layihələrin qlobal bazara çıxa bilməsi ən böyük arzumuzdur. O cümlədən, layihələrin regionlarda da yayılmasını istəyirik. İT layihələrin yaxşı ad qazanması bizim də uğurumuzdur. Layihələrin YTP – Picampus biznes inkubasiya mərkəzində həyata keçirilməsi həmçinin onlara dövlət dəstəyi və zəmanəti verilməsi də düşünülməlidir. İnkubasiya mərkəzində rezident olaraq həm dövlət dəstəyini, həm də bir sıra böyük şirkətlərin də dəstəyindən istifadə edə bilərlər.
-İT Layihələrin fəaliyyəti sizi qane edirmi?
-Layihələr bəzən çox olur. Yəni qeydiyyatdan keçmək istəyən layihələrlə mütəmadi əlaqələrimiz olur. Son günlərdə bir neçə yeni layihələr də Parkda qeydiyyatdan keçdi. Buna baxmayaraq, layihələrin heç də hamısı sona qədər davam etmir. Yarımçıq qalan layihələr də olub. Bu, normaldır. Layihələr müxtəlif səbəblərdən sonlandırıla bilər. Bəzi layihələr öz fəaliyyətlərini davam etdirmək istəmir, bəzilə isə başqa və ya özəl şirkətlərdə özlərinə iş tapıb, Texno Parkdan ayrırılar.
-Yaxın müddət üçün hansı tədbirləriniz gözlənilir?
-Yüksək Texnologiyalar Park “PiCampus” Biznes İnkubasiya Mərkəzi yaradıb. Layihələrin özlərini, fəaliyyətlərini təqdim edə bilmələri üçün imkanlar yaradırıq. Hazırda böyük uğur əldə etmək üçün müxtəlif ehtiyacları təmin etmək lazımdır. Çalışırıq, indidən bəzi çatışmayan məqamları düzəldək ki, Pirallahi adasında daha yaxşı xidmət göstərək. 2015 ili üçün İnkubasiya Mərkəzi və layihələrin hesablarına baxılması, hesabat prosesi üzərə yeni planlarımız var. Layihələri qəbul edərkən, sadələşdirilmiş danışıqlar aparmağa çalışırıq. Qəbul etdiyimiz layihələrdən tələbimiz isə Texnoparkın inkubasiya mərkəzindən
Texno Parkın İnkubasiya Mərkəzindən istifadə etmələridir. İnkubasiya rezidenti olmaq üçün gəlib burdan istifadə etmək lazımdır.
-Qeyd etdiniz ki, Pirallahı adasında fəaliyyət göstərəcəksiniz. Hazırda bu istiqamətdə işlər hansı yerdədir?
- Pirallahi adasında abadlaşdırma işləri gedir. Hələ tikinti işləri başlamayıb. Bu il ərzində tikinti işlərinin başlayacağı planlaşdırılır. Təxminən 2 il müddətinə adada işlər qaydasına salınacaq. Belə ki, tikinti işləri 3 mərhələdə həyata keçiriləcək. I mərhələdə 30 min kvadrat metrin inşasından söhbət gedir. Orada İT mütəxəssislərinin rahat fəaliyyətini təmin etmək üçün binalar olacaq və qeyd olunan yerdə inkubasiya mərkəzləri, ofis və digər mərkəzlər də yaradılacaq. Hazırda yaradılmış məkan pilot bir layihə olaraq nəzərdə tutulub. Texnologiyalar Parkında öyrəndiklərimizi orada da tətbiq etməyi düşünürük.
- Ülvi bəy, startapları Texno Parkın İnkubasiya mərkəzinə necə qəbul edirsiniz ? Maraqlıdır, hansı şərtlərlə onlarla əməkdaşlığı qəbul edirsiniz?
-Bəli, startaplarla əməkdaşlıq edirik. Əməkdaşlıq şərtləri çox asandır. Belə ki, startaplar qeydiyyatdan keçib , Yüksək Texnologiyalar Parkında İnkubasiya Mərkəzində fəaliyyət göstərmək istəyirlərsə, ilk öncə www.picampus.az ünvanından müraciət göndərməlidirlər. Hər ayın 15-i biz Texnologiyalar Parkında müraciətələrə baxış günü keçiririk. Həmin gün qeydiyyatdan keçmiş şəxsləri bura dəvət edirik ki, öz təqdimatlarını təşkil etsinlər. Bu fəaliyyətlərdən sonra Daxili Komissiya tərəfindən qərar veririk. Daha sonra qəbul etdiyimiz şəxsə fəaliyyətini Texno Parkda davam etdirə bilməsi üçün məlumat göndəririk. Şərtlərimiz isə yalnız təlim üçün olur. Yəni daxili layihələr üçün təlim otaqları, iclas otaqların istifadəsi ödənişsizdir. Təlim, seminar və s. Üçün vvəlcədən bizə müraciət etmək lazımdır. Startapçılar təlim haqda məlumatlarını göndərərək , bizə müraciətlər edirlər. Təlimin vacibliyini şöbəmiz daxilində həll edirik. Tədbiri mümkün hesab etsək, keçirilməsinə icazə veririk.
-Əsasən hansı təlimlərin Parkda keçirilməsinə üstünlük verirsiniz?
-Ümumiyyətlə, çalışırıq Parkda biznes yönlü və İT layihələrə uyğun əlimləri keçirilsin. Lakin bəzən texniki, həmçinin motivasiya yönümlü təlimlər olur.Startaplara yönəlik təlimlərin təşkilinə daha çox önəm veririk. Hazırda mart ayı üçün də təlimlər hazırlanır.
-İT sahəsində xarici mütəxəssislər tez-tez ölkəmizə dəvət olunur. Onların təcrübəsindən yararlanılır. Yerli mütəxəssislər də ekspert kimi fəaliyyət göstərirmi?
-Texnologiyalar Parkında yerli və xarici mütəxəssislər fəaliyyət göstərir. Xarici mütəxəssisi burada çalışmağa dəvət edəndə verdiyimiz ilk sual olur ki, buradakı layihələrə nə öyrədə biləcəksiniz? Daxili tələbimizdir budur. Xarici mütəxəssilərdən qorxmağa ehtiyac yoxdur. Bu, həmişə davam edə bilər. Azərbaycan üçün İT yeni sahədir. Əvvəlcə xarici İT mütəxəssislərin fəaliyyəti ilə tanış olmalıyıq ki, Azərbaycanda bu sahəni inkişaf etdirə bilək. Yerli mütəxəssislərə daha çox üstünlük verməyə çalışırıq. Bu il Resbublikamızın regionları üzrə də İT sahəsi üzrə əməkdaşlıqlar aparmağa çalışacağıq. Yerli mütəxəssislərin yetişdirilməsi üçün də bu, müsbət hal olacaq. Bu istiqamətdə müxtəlif planlarımız var. Hazırda bunun mexanimzi üzərində çalışırıq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri