Previous Next
Bağla

BBF startapları hansı şərtlərlə qəbul edir?

05-10-2015 16:17
BBF startapları hansı şərtlərlə qəbul edir?

Məlumat verdiyimiz kimi,  Baku Business Factory (BBF)  inkubasiya mərkəzinə startap layihələrinin qəbulu davam edir.

Xeberler.az  olaraq maraqlandıq ki, inkubasiya mərkəzə hansı  növ layihələrin müraciətlərini qəbul edir və mərkəzdə fəaliyyət göstərə bilmək üçün layihələrdən hansı texniki şərtlər tələb edilir?

Hansı biznes növləri müraciət edə bilər:

  • Ticarət: topdan və pərakəndə satış, e-ticarət
  • Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar, araşdırma və s.
  • İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları və s.
  • Texnoloji: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və s.
  • Kənd təsərrüfatı: əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının satışı və s.
  • Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar, kampaniyalar, konsertlər və s.

Seçimdə əsas nəzər yetirilən amillər:

  • Yaradıcı biznes ideyaları 
  • İnsanların ehtiyaclarının qarşılanması üçün sadə həll yolları
  • Gəlir gətirmə özəlliyi 

Mərkəzə müraciət üçün necə qeydiyyatdan keçmək olar?

  • Anket doldurulur.
  • Anketə bizim tərəfimizdən baxıldıqdan sonra görüş təyin edilir.
  • Biznes plan hazırlanılır.
  • İkinci görüş
  • Qərar verilir və şərtlər razılaşdırılır.
  • Müqavilə bağlanılır.

Anketdə yalnız hazırda layihənin üzvü olan şəxsləri qeyd etməyiniz kifayətdir. BBF xəbardarlıq edir ki, layihəniz haqqında geniş məlumat verməyə çalışın, çünki layihələr münsiflər heyəti tərəfindən dəyərləndirir. Əgər layihəniz onlar tərəfindən uğurlu hesab edilərsə sizinlə əlaqə saxlayıb ofisimizə dəvət edəcəyik. Bütün sizi maraqlandıran sualları; mentor və dəstəklə əlaqədar mövzuları müsahibədə ətraflı müzakirə edə biləcəksiniz.

Mərkəzə seçilmiş layihələr ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edəcəklər.

BBF-in startaplarla bağlı layihəsi də gəncləri həm biznes vərdişləri, həm də maddi-texniki baxımdan dəstəkləyəcək.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BBF-ə startap müraciətlərinin qəbulu davam edir

20-09-2015

BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

14-07-2015

Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

17-08-2015

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015

Baku Business Factory 1 yaşını qeyd edir

04-05-2016

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016

Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

09-12-2015

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015

Startaplar üçün növbəti şans

09-08-2017

“Startaplara göstərdiyimiz xidmətlərlə öyünməyə çalışırıq”

27-02-2015

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim edib

14-10-2025

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

KATV1 startap müsabiqəsinə başladı

10-02-2016

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün məlumatlar verir

14-05-2025

İnnovasiyalar Agentliyi startapçıları biznes inkubasiya proqramına dəvət edir

23-07-2019

Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə