Fevralın 1-dən “Startup Azərbaycan 2015” Müsabiqəsinə start verilib.
Müsabiqə üçün artıq 7 startap layihəsi qeydiyyatdan keçib.
Xəbərlər qeydiyyatdan keçən layihələrin siyahısını təqdim edir:
Portret.al (Portret.al vasitəsilə həm şəxsi, həm də yaxınlarınızın şəkillərini sistemə daxil etmək)
Love İs Aze (Love İs Aze Sevgini sübut etmək üçün mobil oyun)
Huququm.Com (Huququm.com saytı Hüquqşunas və Vəkilləri bir arada birləşdirən,həmçinin ödənişsiz online hüquq yardım)
BillBoard.az - Azərbaycanda elan saytlarında elanların yerləşdirilməsi üzrə birinci ixtisaslaşdırılmış xidmətdir! (Sayt mülk və nəqliyyat elanlarını eyni zamanda 20 ən yaxşı (popular) elan saytlarına yerləşdirir)
Photobaku Photo Editor (Photobaku - sadə və sürətli foto redaktə etmə tətbiqidir)
Token2 (Web platformalar üçün iki faktor autentifikasiya xidməti təhcizatçısı)
Wanlust App (Ətrafınızda nələrin oldugunu bilmirsiniz ? Wanlust App Köməyinizə gələcək)
“Startup Azərbaycan 2015” Müsabiqəsi ənənəvi Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.
Bu il ilk dəfə olaraq Elektron Hökumət Portalı və SİNAM şirkətinin GoMap resursu üzərində hazırlanan mobil tətbiqlər də xüsusi Nominasiya üzrə Startup Azərbaycan 2015 müsabiqəsinə qatəla biləcəklər
Startup layihələrin qeydiyyat müddəti mart ayının sonunadək davam edəcək. Layihələr www.startup.az resursunda qeydiyyata alınır. Layihələrlə bərabər investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilərlər. Müsabiqəyə təqdim edilən Layihələrin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir.
Qaliblərin adları may ayında keçirilməsi nəzərdə tutulan ənənəvi Satartip Azərbaycan təqdimat mərasimində açıqlanacaq.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq, onların investorlarla görüşü təşkil olunacaq. Qalib startuplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.
Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startup Azərbaycan-a dəstək verir lər. (Geniş məlumat : www.startup.az )
Məltəm Talıb
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri