“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015 / 10:34

 Startap Azərbaycan  Təşkilat Komitəsində  bu il  müsabiqəyə  təqdim edilən 34 startap layihəsinin müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb. 

Xəbərlər-in məlumatına görə,  Startap Azərbaycan Müsabiqəsinin qaydalarında   müsabiqədə iştirak etmək niyyətində olan startaplar 1-ci səsvermə mərhələsində ekspertlərin qiymətləndirməsi üçün ilkin biznes plan ( layihə haqqında ilkin məlumatlar) təqdim etmək vacibdir.

Startap Azərbaycan TK –nın apardığı ilkin ekspertizanın nəticələrinə əsasən məlum olub ki,  cəmi 22 layihə qaydalarda nəzərdə tutulan zəruri məlumatları müsabiqəyə təqdim edib.

 Beləliklə, Startap Azərbaycan TK tərəfindən Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 22  startap müsabiqəyə qəbul edilib və artıq ilkin qiymətləndirmə üçün ekspertlərə təqdim olunub.

Müsabiqəyə təqdim  edilən startapların siyahısı  www.startup.az resursunda yerləşdirilib.

Müsabiqəyə buraxılan 22 startapın siyahısı da bu resursda yerləşdirilib.

Qeyd edək ki, ekspertlər qaydalara uyğun olaraq startapların ilkin qiymətləndirilməsini bir həftə  müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq.

Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər aprel ayının sonunadək  finalçıları müəyyən edəcəklər.

Finala çıxan startaplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.
Startap Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan 2015 Milli Konfransının may ayının  əvvəlində keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. 

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startap Azərbaycan-a dəstək verirlər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə