Previous Next
Bağla

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015 14:40
“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

Fevralın 1-dən “Startup Azərbaycan 2015” Müsabiqəsinə start verilib.

Müsabiqə üçün artıq 24 startap layihəsi qeydiyyatdan keçib.

Xəbərlər indiyədək qeydiyyatdan keçən layihələrin bölmələr üzrə sayını təqdim edir:

Belə ki, müsabiqəyə mobil istiqamət üzrə üç layihə, GoMap mobil tətbiqləri üçn bir layihə, e-gov mobil tətbiqləri üçün iki layihə qeydiyyatdan keçib. 
Bununla yanaşı, e-ticarət nominasiyası üçün üç layihə, oyunlar üçün bir, sosial servislər üçün 7 layihə qeydiyyata alınıb. 
7 layihə isə digərlər bölməsinə müraciət edib. 

“Startup Azərbaycan 2015” Müsabiqəsi ənənəvi Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.

Bu il ilk dəfə olaraq Elektron Hökumət Portalı və SİNAM şirkətinin GoMap resursu üzərində hazırlanan mobil tətbiqlər də xüsusi Nominasiya üzrə Startup Azərbaycan 2015 müsabiqəsinə qatılacaqlar. 

Startup layihələrin qeydiyyat müddəti mart ayının sonunadək davam edəcək. Layihələr www.startup.az resursunda qeydiyyata alınır. Layihələrlə bərabər investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilərlər. Müsabiqəyə təqdim edilən Layihələrin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir.

Qaliblərin adları may ayında keçirilməsi nəzərdə tutulan ənənəvi Startap Azərbaycan təqdimat mərasimində açıqlanacaq.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq, onların investorlarla görüşü təşkil olunacaq. Qalib startuplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.

Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. 

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startup Azərbaycan-a dəstək verirlər. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup Azərbaycan 2015” Müsabiqəsi davam edir

18-02-2015

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

“Startup Azərbaycan 2014” milli konfransı keçiriləcək

30-06-2014

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Startap komandaları üçün təlimlər başladı

11-04-2015

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə