Previous Next
Bağla

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014 15:53
“Startup Azərbaycan 2014” layihəsinə start verildi

Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, aprelin 18-dən Startup Azərbaycan 2014 layihəsinə start verilir.

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək,  bu istiqamətdə maarifçilik işləri həyata keçirmək,  ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Layihə çərçivəsində milli startupların müsabiqəsinin, startupçılar üçün təlimlərin, universitetlərdə Startup görüşlərinin, Startup Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Müsabiqədə fərqlənən startuplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər  keçiriləcək. Layihə çərçivəsində  startuplara komanda formalaşdırmağa köməklik göstərilir.  

Startup Azərbaycan 2014 çərçivəsində keçirilən Müsabiqəyə aprelin 18-dən start verilir. Startup layihələrin qeydiyyat müddəti  www.startup.az resursunda may ayının sonunadək davam edəcək. Layihələrlə bərabər  investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də  bu resursda qeydiyyatdan keçə bilərlər.  Yarışma 2 mərhələdə həyata keçirilir.

Startup Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla Startup Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startupların qiymətləndirilməsində iştirak etmirlər.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər qapalı formada keçirilən görüşdə investorlar qarşısında öz startuplarının təqdimatlarını edirlər.
Startup Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalibləri Yekun Təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara və digər Fondlara  təqdim edir. Qalib startuplar  Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.

Yekun təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Startup Azərbaycan Layihəsi çərçivəsində ənənəvi  “Startup Azərbaycan 2014“ Milli Konfransının iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. Konfrans ölkədə  İnternet-biznes üçün investisiya imkanları mövzusunda keçiriləcək. Konfransda dövlət və özəl sektorun , vətəndaş cəmiyyətinin nümayəndələrinin, xarici ekspertlərin,  ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu Startup təmsilçilərinin, investorların iştirakı nəzərdə tutulur.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə  keçirilir.
Startup Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri  Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Geniş məlumat : www.startup.az 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

“Startup Azərbaycan 2014” milli konfransı keçiriləcək

30-06-2014

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə