Startap Azərbaycan Təşkilat Komitəsindən Xəbərlər.az-a verilən məlumata görə, bu gün müsabiqəyə qeydiyyat başa çatır.
Fevralın 1-dən başlayan müsabiqəyə indiyədək 33 startap layihəsinin təqdim edildiyi bildirilir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq xüsusi nominasiyalar, Elektron Hökumət Portalı və GoMap Layihələri üzrə də mobil tətbiqlər müsabiqəyə qəbul edilib.
Startap Azərbaycan Müsabiqəsində 1-ci mərhələ qiymətləndirmə prosesinin bu həftə başlanacağı da bildirilib.
Məlumatda qeyd olunub ki, “Startap Azərbaycan 2015“ müsabiqəsində iştirak edən startap komandaları üçün aprelin 11-də YT Parkda təlimlər təşkil olunacaq.
Məlumata görə, təlimdə startap komandaları biznes-planların yazılması, onların investorlar üçün təqdimatlar hazırlaması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi sahəsində bilik və bacarıqlar əldə etmə imkanı qazana biləcəklər.
Təlim prosesində yerli İT ekspertləri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak edəcək.
Onu da qeyd edək ki, təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq yarımfinala çıxan startaplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər. 2-ci mərhələ səsvermədə startapların ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.
Ekspertlər startapların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında “Startap Azərbaycan”-ın finalçılarını müəyyən edəcəklər.
Bununla yanaşı, “Startap Azərbaycan “ tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq. Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq. Həmçinin qalib startaplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.
Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.
Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startap Azərbaycan-a dəstək verirlər.
"Startap Azərbaycan 2015"-in iştirakçıları üçün keçiriləcək təlimin proqramını aşağdakı linkdən əldə bilərsiniz:
http://startup.az/news_details.php?id=74
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri