İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən reallaşdırılan “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının iştirakçılarına fərdi mentorluq dəstəyinə start verilib.
Xeberler.az bildirir ki, mentorluq xidmətləri Azərbaycandan və dünyanın qabaqcıl ekosistemlərindən (ABŞ, Çin, Almaniya, Malta, Türkiyə, Estoniya, Rusiya və s.) cəlb olunmuş 30-a yaxın mütəxəssis tərəfindən təmin edilir. Bu zaman hər bir layihəyə fərdi yanaşılır və komandalar hər bir startapın fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən dəstəklənir.
Fərdi mentorluq mərhələsinə qədər “Startup School 3” iştirakçıları 8 modul üzrə 18 sessiyada 36 saat təlim keçiblər. Təlimlərdə komandalara innovativ ideyalarını real biznes layihələrinə çevirmək və qlobal bazarlara çıxış imkanlarını genişləndirmək üçün nəzəri və praktiki biliklər verilib. Hazırda isə həmin biliklərin tətbiqi imkanlarını genişləndirmək üçün mentorlar iştirakçılarla fərdi qaydada işləyirlər.
Mentorluq dəstəyi proqramın finalı olan “Demo Day” üçün hazırlıq prosesini də əhatə edir. “Demo Day” zamanı startaplar layihələrini beynəlxalq ekspertlər və potensial investorlar qarşısında təqdim edəcək, gələcək inkişaf üçün strateji imkanlar qazanacaqlar.
“Startup School 3” layihəsi çərçivəsində icra olunan “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap ekosistemində bilik mübadiləsi, mentor dəstəyi və beynəlxalq əlaqələrin qurulması üçün geniş platforma təqdim edir. Layihə iştirakçıları yalnız nəzəri biliklərlə deyil, həm də praktiki bacarıqlar, qlobal təcrübə və investisiya imkanları ilə təmin olunurlar. Bu təşəbbüs gənc sahibkarların ideyalarını real layihələrə çevirməsinə və dayanıqlı biznes modelləri yaratmasına dəstək verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları