İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının təlim sessiyaları uğurla başa çatıb.
Xeberler.az bildirir ki, sessiyaların məqsədi startap layihələrini bazarın və investorların gözləntilərinə uyğun inkişaf etdirmək, o cümlədən komandaların bilik və bacarıqlarını artırmaq, innovativ ideyalarını real biznes layihələrinə çevirməyə dəstək vermək və qlobal bazarlara çıxış imkanlarını genişləndirmək olub.
Proqram çərçivəsində 10 modul üzrə 20 təlim sessiyasında 40 saat təlim keçirilib. Təlimlər dünyanın qabaqcıl ekosistemlərindən (ABŞ, Çin, Almaniya, Malta, Türkiyə, Estoniya, Rusiya və s.) cəlb olunmuş peşəkarlar tərəfindən aparılıb.
Təlimlər aşağıdakı istiqamətləri əhatə edib:
1. Yaşıl iqtisadiyyatın davamlılıq potensialları – ekoloji davamlı biznes modelləri və yaşıl texnologiyaların tətbiqi;
2. Rəqəmsal transformasiya və süni intellektin biznes imkanları – innovativ texnologiyaların biznes proseslərinə inteqrasiyası;
3. Rəqəmsal texnologiyaların tətbiqi sahələri və imkanları – məhsul və xidmətlərin rəqəmsal alətlərlə inkişaf etdirilməsi;
4. Biznes inkişafı və böyümə strategiyaları – dayanıqlı inkişaf və bazar strategiyalarının qurulması;
5. Liderlik və komanda idarəetməsi – effektiv liderlik və komanda dinamikasının formalaşdırılması;
6. İnvestorların startap komandasından gözləntiləri və qlobal investisiya bazarları;
7. Startap fəaliyyətlərində tədqiqatın yeri və rolu;
8. Əqli mülkiyyət və hüquqi tənzimləmələr – hüquqi bazanın gücləndirilməsi və əqli mülkiyyətin qorunması;
9. Startap fəaliyyətində biznesin inkişafı və satış strategiyaları – müştəri münasibətləri və tərəfdaşlıq modellərinin effektiv idarə olunması;
10. İnnovasiya və məhsul inkişafı – ideyalardan praktik məhsul və xidmətlərin hazırlanması.
Təlim sessiyalarında Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Cənubi Koreya və Qırğızıstandan olmaqla, 126 startap komandası iştirak edib. Sessiyalar interaktiv formatda həyata keçirilib, startaplara real biznes nümunələri üzərində öyrənmək və təcrübə qazanmaq imkanı yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları