İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində icra olunan “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının ekspert heyəti təqdim olunub.
Xeberler.az bildirir ki, heyətə müxtəlif ölkələrdən olan beynəlxalq səviyyəli mütəxəssislər, sahə üzrə tanınmış mentorlar, innovasiya və startap ekosistemində təcrübəyə malik ekspertlər daxildir.
Onlar proqram iştirakçılarına ideyaların inkişafı, biznes modellərinin qurulması, qlobal bazarlara çıxış strategiyaları, yaşıl texnologiyalar və rəqəmsal transformasiya sahələri üzrə bilik və dəstək verəcəklər.
Mentor və təlimçilər startap komandalarının ideyalarını inkişaf etdirmək, potensiallarını artırmaq və praktiki biliklərini möhkəmləndirmək məqsədilə onlarla birbaşa işləyəcək, fərdi məsləhət və təlim sessiyaları keçirəcəklər. Bu prosesə Nevada Universitetinin professorları Mehmet Serkan Tosun, Pavel Pietrasienski və Mat Vestfild, Estoniyanın “YellowX” şirkətinin təsisçisi və rəhbəri Ozan Sönmez, Ostim Texniki Universitetinin prorektoru professor Ünsal Sığrı, Boğaziçi Universitetinin Texnologiya transfer ofisinin rəhbəri Volkan Özgüz, Çinin “İpək Yolu Yüksək Texnologiyalar Parkı Assosiasiyası”nın nümayəndəsi Zanq Xiaoqanq, Kapadokya Texnoparkının direktoru Bilgin Yazlık, Maltanın Akselerasiya Mərkəzindən Gonca Kara, həmçinin Azərbaycan, Finlandiya, Pakistanın və digər ölkələrin nüfuzlu təşkilatlarından nümayəndələr cəlb olunub.
Jüri heyəti isə beynəlxalq vençur fondlarının nümayəndələrindən formalaşdırılıb və proqramın yekun mərhələsində startapların təqdimatlarını qiymətləndirəcək. Bu qiymətləndirmə prosesində innovativ yanaşma, kommersiyalaşdırma potensialı və qlobal bazarlarda tətbiq perspektivləri əsas meyarlar kimi nəzərə alınacaq.
“Yaşıl və Rəqəmsal İpək Yolu” proqramının əsas məqsədi region ölkələri üzrə rəqəmsal innovasiyaları təşviq etmək, dayanıqlı inkişafı dəstəkləmək və startapların beynəlxalq miqyasda uğur qazanmasına şərait yaratmaqdır.
Qeyd edək ki, beynəlxalq akselerasiya proqramının müxtəlif ölkələrdən 30-dan çox
tərəfdaşı var. Onlardan beşi- ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycandan olan vençur fondlardır.
Akselerasiya proqramına startapların müraciəti avqust ayının 1-ə kimi davam edəcək.
Müraciət üçün link: https://forms.gle/LCrhRUqctA2g5egY6
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları