Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “6-cı CODE Beynəlxalq Bakı 2023” (6th International Conference of Developing Entrepreneurs) mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Liderin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev region ölkələrində texnologiya, innovasiya və kommersiyalaşdırmanın inkişafına yönəlmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Azərbaycanın innovativ sahədə əldə etdiyi nailiyyətləri qeyd edən rektor müasir texnologiyaların inkişafında texniki universitetlərin rolunu və önəmini xüsusi vurğulayıb. Vilayət Vəliyev AzTU-da universitet-sənaye işbirliyinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən yeniliklər haqqında da ətraflı məlumat verib.
Daha sonra çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Khurram Javaid Bhatti, Pakistanın Azərbaycandakı səfirinin müavini Moazzam Ali Sahito, İslamabad Vəqf Universitetinin rektoru Şaqufta Akhtar, Konya Texnokəndinin prezidenti Mehmet Hamurcu və başqaları texnoloji tərəqqi, innovasiyaların sənayedə tətbiqi, elmi tədqiqatların kommersiyalaşdırılması ilə bağlı universitet texnoparklarının əhəmiyyətindən danışıblar.
Konfrans işini panel iclaslarla yekunlaşdırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri