Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və “AzInTelecom” MMC-nin əməkdaşlarından ibarət Azərbaycanın nümayəndə heyəti Ankaraya səfər edib.
Xeberler.az bildirir ki, məqsəd Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) ilə təcrübə mübadiləsi aparmaq olub.
8-9 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BTK rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Görüşlərdə əsas müzakirə edilən məsələlər “klon”laşdırılmış IMEI kodların aşkar edilməsi və ona qarşı mübarizə tədbirləri, eyni zamanda Mobil Cihazların Qeydiyyatı Sisteminin (MCQS) müasir standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı olub.
Səfər çərçivəsində, həmçinin “klon”laşdırılmış IMEI-lərin aşkarlanması və mobil cihazların qeydiyyatı zamanı təhlükəsizlik tələbləri, məlumatların çarpaz yoxlanılması, bu sahədə tətbiq edilən texnoloji yeniliklər və hər iki ölkənin təcrübə mübadiləsinin perspektivləri müzakirə olunub.
Görüşlərdə o da vurğulanıb ki, mobil cihazların qeydiyyatı prosesinin sadələşdirilməsi, təhlükəsizliyin təşkili, bu sahədə fırıldaqçılığın qarşısının alınması, mobil telefonlardan başqa IMEI kod olan digər cihazların qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı addımların atılması vacib məsələdir.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri