“Şüurun insandan insana tam ötürülməsi üçün texnologiya kəşf ediləcək”

02-07-2015 / 15:42

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg səhifəsində növbəti Q&A onlayn mətbuat konfransı keçirərək istifadəçilərin suallarını cavablandırıb.  

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilərin suallarından birini cavablandıran Mark Zuckerberg qeyd edib ki, gec-tez şüurun insandan insana tam ötürülməsi üçün texnologiya kəşf ediləcək. “Müəyyən mövzu barədə düşünən zaman dostlarınız sizin razılığınızla bu fikirləri dərhal paylaşa biləcəklər”, - deyə o bildirib. Onun sözlərinə görə, bu, kommunikasiya texnologiyalarının inkişafında ən mütərəqqi mərhələ olacaq.

O həmçinin şirkətin süni intellekt sahəsində apardığı tədqiqatlardan söz açıb. Onun sözlərinə görə, onların məqsədi Facebook-un istifadəçilərin paylaşdıqlarının mənasını başa düşməkdir.

Məsələn, istifadəçi dostu ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, şəbəkə onun dostunun bu fotoşəkili görməsini təmin etməlidir, yaxud insan it ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, Facebook ona digər it həvəskarlarını tapmaqda yardımçı olmalıdır.

Bu məqsədlə sosial şəbəkə üçün informasiyanı insandan daha yaxşı anlayan və təhlil edən süni intellekt sistemi yaradılmalıdır.

Xeberler.az 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə