Previous Next
Bağla

“TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda görüş keçirilib

28-04-2025 19:22
“TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda görüş keçirilib

ADA Universiteti Fondu (ADAF) və Fondun daimi tərəfdaşlarından olan “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə “TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda akademiya-sənaye görüşü keçirilib.

Xeberler.az bildirir ki, bu barədə universitetdən məlumat verilib.

Universitetin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin akademik dəstəyi ilə baş tutan tədbirin məqsədi süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik kimi mühüm texnologiya sahələrindəki yenilikləri və perspektivləri müzakirə etmək, eləcə də gənc startaplara və texnologiya mütəxəssislərinə bilik və şəbəkələşmə imkanları yaratmaq olub.

Tədbirin açılışında Corc Vaşinqton Universitetindən Stefan Keysler, ADA Universitetinin professoru Cəmaləddin Həsənov və “PAŞA Holding”in mütəxəssisi Rağib İskəndərli çıxış edib, texnologiyanın inkişaf istiqamətləri, akademiyanın rolu və sənaye əməkdaşlığının əhəmiyyətinə toxunublar.

İştirakçılar süni intellektin sürətli inkişafı, kibertəhlükəsizlikdə risklərin artması və proqram mühəndisliyində yeni tendensiyalarla bağlı ekspertlərin təqdimatlarını dinləyiblər.

Daha sonra panel müzakirələrinə start verilib. ADA Universitetinin müəllimi Samir Məmmədovun moderatorluğu ilə keçirilən “Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusundakı ilk paneldə “Azercell” və “Unibank” nümayəndələri süni intellektin sosial və iqtisadi təsirləri, etik tərəfləri və tətbiq sahələrini müzakirə ediblər.

“PAŞA Bank”ın mütəxəssisi Müşviq Quluzadənin moderatorluğu ilə keçirilən və Proqram mühəndisliyinə həsr olunmuş ikinci paneldə isə ADA Universiteti, “BirBank” və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri “Gələcəyin qurulması: Bunu necə reallaşdıracağıq?” sualı ətrafında proqram təminatı arxitekturası, məhsulyönümlü yanaşma və texnoloji liderlik mövzularına toxunublar.

ADA Universitetinin müəllimi Rəşad Əliyevin moderatorluğu ilə keçirilən Kibertəhlükəsizlik panelində “Code Academy”, “Azercell” və müvafiq dövlət qurumlarının ekspertləri “Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusunda müzakirələr aparıblar. Paneldə rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı tədbirlər ön plana çəkilib.

Forum çərçivəsində iştirakçılara şəbəkə imkanları da təqdim olunub. ADA Universitetinin tələbə startap komandaları öz layihələrini nümayiş etdiriblər və iştirakçılarla interaktiv təqdimat və fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda “Ən Yaxşı Startap” və panellər üzrə “Ən Yaxşı Sual” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell tərəfdaşlığı ilə “TechFront” akademiya-sənaye görüşü keçirilib

06-05-2025

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

“Youth Cyber Forum” keçirilib

25-02-2026

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”

06-05-2023

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22-02-2020

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

“Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

05-12-2023

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

21-06-2025

ADA-nın İT tələbələri üçün yeni imkan

21-09-2017

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

24-09-2025

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə