Təhsil eksperti: Distant Təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərir

29-03-2020 / 11:52

Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir  faktora  çev­rilmimişdir. Qloballaşma hər bir ölkənin davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik yiyələnməyi  tələb edir.  Ölkələrin rəqabətqabiliyyəliyi isə onun  insanlarının rəbabətqabiliyyətliyi  ilə təyin edilir. Bu işdə təhsil sisteminin rolu  aparıcıdır.

Qloballaşma prosesləri artıq 30 ilə yaxındır ki, təhsildə də özünü göstərir. Bu İKT-nin təhsil sisteminə nüfuzu hesabına mümkün olmuşdur. Təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Müasir  təhsildə modernləşmənin əsas məqsədi kütləvi və əlyetərli  təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır.  Bu məqsədə  nail olmaq üçün  İKT  bazasında yaranan təhsil innovasiyalarından geniş istifadə edilir.  Bunun bariz nümunəsi isə distant  təhsildir. Ona görə mütəxəssislər distant təhsili 21-ci əsrin təhsil innovasiyası hesab edirlər.  

Son iki  ayda pandemiyanın təsiri ilə bütün dünyada distant təhsil, onlayn təhsil ideyaları daha  da  aktuallaşdı. O, ölkələr ki, son 20- 25 il ərzində effektiv  distant təhsil sistemi yarada bilmişdilər, həmən ölkələr problemsiz olaraq 3-4 gün ərzində bütün ölkə  boyu təhsil sistemini onlayn təhsilə asanlıqla transformasiya edə bildilər. 

Hansı ölkələrdə ki,distant təhsil sistemi yox idi,  bu ölkələr gec də olsa, nəhayət ki,  bu barədə  düşünməyə başladılar. Lakin artıq çox gecdir. Normal şəraitdə distant təhsil sistemi qurmaq istəməyənlər ( bunun əhəmiyyətini və zəruriliyini  vaxtında  düzgün qiymətləndirə bilməyənlər) və ya bacarmayanlar ( səriştəsizlikdən və ya digər səbəblərdən) indiki pandemiya şəraitində, məktəblərin və universitetlərin bağlı olduğu, əhalinin karantin tələblərinə uyğun olaraq “evdə qal” rejiminə keçdiyi halda  tələsik olaraq  bunu necə edəcəklər?  Buna  illər və  milyonlarla pul lazımdır. İqtisadi artım illərində bunu etmək istəməyənlər, iqtisadi böhran illərində görəsən   buna pul tapa biləcəklərmi ?

Beynəlxalq təcrübə göstərir ki, 10 fakultəsi və  20.000 tələbəsi olan universitetdə Distant Təhsil sistemini qurmağa 10  il vaxt,  təxminən  20-30 milyon dollar pul lazımdır. Təbii ki, bu məsrəf   bizim universitetlərin  imkanı  daxilində  deyil.  Təhsil Nazirliyi  burada öz  funksiyasını  vaxtında   yerinə yetirməli, universitetlərə  hər cür dəstək verməli idi. Amma   biz  15- 20  il  ərzində  bunun  tam  əksini müşahidə etdik. 

Hətta öz vəsaiti hesabına  dünyanın tanınmış  universitetlərində  distant təhsil alan tələbələrə ( o cümlədən ikinci ali təhsil alan, kurs bitirən v.s.) Təhsil Nazirliyi “diplomunuzu tanımayacam” kimi “hədələr” də gəlirdi (bu gün də bu münasibət davam edir). Əvvəla ali təhsilə dair diplomların tanınması haqqında beynəlxalq  və  lokal qanunlarda belə müddə yoxdur, distant təhsil alan tələbə ildə iki dəfə sərhədi keçməlidir. Bu beynəlxalq qanunlara sayqısızlıqdır Təhsil Nazirliyi tərəfindən. Heç nostrifikasiya haqqında əsasnamədə də belə bənd yoxdur, bu  bəzi təhsil məmurlarının özlərinin yazdığı qanunu bilərəkdən pozması, distant təhsilə  etimadın azaldılmasıdır. İkincisi ölkə iqtisadiyyatının 80% özəl sektordur, Təhsil Nazirliyi heç bir özəl müəssisəyə  “hansı diplomu tanı, hansı diplomu tanıma” kimi göstəriş verə bilməz və vətəndaş da distant təhsil alıb özəl sektorda problemsiz  işləyə bilər. Bu diplom yerli universitetlərin  verdiyi  diplomlardan  fərqli olaraq  bütün dünyada  tanınır, bu diplomun arxasında olan bilik və bacarıq yerli universitetlərin verdiyi bilikdən az deyil ki, çoxdur.

Beynəlxalq əmək bazarı elə səviyyəyə gəlib ki, bir çox şirkətlər vakant yerə  əməkdaş  işə qəbul edərkən, heç diploma da  baxmırlar, əsas  namizədin  real bilik, bacarıq və səriştəsidir.  Buna da distant təhsil formatında nail olmaq daha asan və ucuzdur. Xaricdə  bir çox şirkətlər distant oxuyan tələbəni və ya məzunu daha tez işə qəbul edir, çünki onlar artıq informasiya məkanında  yüksək  iş qabiliyyətinə  malikdirlər, bu  keyfiyyət informasiya cəmiyyətində, rəqəmsal iqtisadiyyat və 4-cü sənaye inqilabı dövründə  çox mühümdür. Bir çox distant təhsil almış məzunlar   məsafədən iş rejimində hətta xarici şirkətlərdə işləmək imkanına  malikdirlər.  Bu keyfiyyət distant  təhsilin tələbəyə  qazandırdığı əsas səriştələrən biridir.

Ölkəmizdə distant təhsili yaratmaq üçün bu gün peşəkarlardan ibarət  mütəşəkkil layihə qrupları lazımdır, belə komanda hər bir universitetdə olmalıdır. Təəssüf  ki,   distant təhsili incəliklərini kifayət qədər bilən belə komanda nə universitetlərdə, nə də nazirlikdə yoxdur. Bəs niyə  biz  illəri belə  məsuliyyətsizliklə itirmişik? Niyə bu 20 il ərzində bu məsələləri bilən mütəxəssislər yetirməmişik?  Bilənlərə niyə dəstək olmamışıq ki, tədricən işi irəli aparsınlar?  

Təhsil Nazirliyi 2009-cu ilə qədər deyirdi ki, yeni “Təhsil Qanunu” qəbul ediləndən sonra biz də distant təhsili inkişaf etdirəcəyik. Təbii ki, bu bəhanə idi. Çünki distant  təhsil texnologiyadır, artıq təhsil forması deyil, bundan əyani, qiyabi və ekstern təhsil alan bütün tələbələr faydalana bilər və bu müddəanın “Təhsil Qanun”unda  olmasına ehtiyac yoxdur. Sonrakı dövrdə isə Təhsil Nazirliyi deyirdi ki, distant  təhsilin tətbiqi mexanizmi və hüquqi-normativ bazası olmadığından biz bunu inkişaf etdirə bilmirik. Bəs distant təhsilin tətbiqi mexanizmini və normativ bazasını görəsən kim yaratmalı idi? Bəlkə bu kənd təssərrüfatı nazirliyinin və ya hər hansı digər nzirliyin vəzifəsi idi? Yoxsa Təhsil Nazirliyi öz vəzifəsini bilmir ya  icra etmək istəmir? Distant təhsilin normativ bazasını illərlə yarada bilməyən  bir qurum, lazım  gələndə çox  cəld işləyirdi. Belə ki, 2009-cu ildə, “Təhsil Qanunu” qəbul ediləndən  az sonra, Təhsil Nazirliyi çox operativ olaraq öz nizamnaməsində dəyişiklik edərək, orada distant təhsillə əlaqədar olan maddələri ixtisar etdi. Belə “söz oyunu” indiyə qədər də davam edir, bunun ziyanını isə bu gün şagirdlər, valideynlər, müəllimlər, universitetlər  çəkirlər. Bu katoqoriya insanlar ölkə əhalisinin 50%-dən çoxudur. Çünki, təhsil hər bir ailənin həyatına nüfuz etmişdir.

Bəzən ekspertlərə və digər tədqiqatçılara deyirlər ki, tənqid etmək asandır, konkret  nə kömək edə bilərsiniz?  Bu mənada bəzi faktları qeyd  etmək istərdik. 2005-ci idə  "Azərbaycan Respublikasında  Distant Təhsilin yaradılması və inkişafı strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb Təhsil Nazirliyinə təqdim edilmişdir. Daha sonra 2010-cu ildə "Universitetlərdə Distant Təhsil yaradılması strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb Təhsil Nazirliyinə verilmişdi. Sonrakı illərdə də Təhsil Nazirliyinin səlahiyyətli məmurları ilə müxtəlif  tədbirlərdə və fərdi söhbətlərdə bu məsələnin zəruriliyi dəfələrlə vurğulanmışdır. İnsafən orta pillə kadrları  bunu etiraf edirdilər hər zaman, amma hiss edilirdi ki, rəhbərliyin  fikri tam fərqlidir.  Vəziyyət  hələ də  dəyişməmişdir. Rəsmilər əsas  arqument kimi bu  işdə  maliyyə qıtlığını və normativ bazanın yoxluğunu göstərirlər. 

Maliyyə qıtlığı ilə əlaqədar qeyd edək ki, illər ərzində hər universitetlərin təmirinə, əlavə korpusların tikilməsinə, binalara üzlük vurulmasına v.s. təmir işlərinə aludəçilik nəticəsində milyonlarla vəsait  sərf edilişdir. Belə səxavəti Təhsil Nazirliyi niyə distant təhsilin yaradılmasında göstərməyib? Bir neçə dövlət proqramları icra edilib bu istiqamətdə, hanı nəticəsi?  Hətta büdcənin bol vaxtında  universitetləri şəhərdən kənara çıxarmaq üçün ətraf qəsəbələrdə kampusların tikintisinə yüz milyonlar ayrılması nəzərdə tutulanda belə onlayn təhsilə pul ayırmaq, bu sahəni formalaşdırmaq  heç  yada düşmürdü.

Təhsil Nazirliyi universitetlərə karantin dövründə distant təhsildən istifadə etməyi tövsiyyə edib, bu məqsədlə MİCROSOFT TEAMS proqramından istifadəni məsləhət bilib. İndi ölkə üzrə bütün universitetlərin rəhbərliyi və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halda rayonlarda olduğu fövqəladə şəraitdə   Təhsil Nazirliyi az vaxtda distant təhsil sistemi yaratmaq cəhdi yəqin ki, fiasko olacaq. AzTV-nin və votsapın köməyi ilə distant təhsil görüntüsü yaratmağa  cəhd ediləcək  yəqin ki. Universitetlərin və professor-müəllim heyətinin distant təhsil barədə təcrübəsi və bilgisi olmadığı halda, bu proqramla tanış olmadığı halda bunu  necə operativ reallaşdırmaq olar görəsən?  Əvvəlcə  professor- müəllim heyəti  üçün distant təhsilə dair xüsusi təlim təşkil edilməli idi, (hər halda beynəlxalq təcrübədə  belə olmuşdur, bu məqsədlə 72 və 144 saatlıq xüsusi kurslar var). Belə ilkin hazırlıq olmadan az vaxtda universitetlər xaotik və plansız, strategiyasız işlər  görərək distant təhsil qura bilməzlər. Təhsil Nazirliyi bəlkə düşünür ki, Distant Təhsil sistemini 1-2 aya “quraq”, sonra da strategiya hazırlayarıq? Təhsil Nazirliyi  yaxşı ideyanın pis icra edərək, yarımçıq yaradılmış informasiya-təhsil mühiti    vasitəsi ilə oxumağa çox da həvəsli olmayan tələbələrdə distant təhsilə qarşı mənfi  münasibət, psixoloji diskomfort yarada bilər. Bu “qaş düzəltmək əvəzinə gözü kor etmək” olar.

Mövcud fövqəladə şəraiti nəzərə alsaq, əslində distant təhsilə hazırlıq üzrə xüsusi kurs da distant formatda olmalı idi. Bu məqsədlə vaxtında "universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması" kimi bir qurum yaradılmalı və onun köməyi ilə bu kursu təşkil etmək lazım idi. Təəssüf ki, bu gün ölkədə  universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması  sistemi yoxdur.  

Ölkədə təhsilin informatlaşması ilə də ciddi məşğul olan qurum yoxdur. Amma  ölkə  səviyyəsində təhsilin informatlaşması ilə məşğul olan elmi-metodik-texniki quruma (Mərkəz)  ehtiyac vardı. RF nəinki ölkə səviyyəsində, hətta universitetlər    səviyyəsində 20 ildir ki, belə qurum- “Təhsilin İnformatlaşması” adlı institutlar   fəaliyyət göstərir (hər biri  100-200 nəfər ştatla). Sonralar həmən institutlar inkişaf edərək “Distant Təhsil” institutlarına çevrildi. Bu institutlar öz böyük potensialı ilə universitetlərdə distant təhsil sistemi yaratdılar. Bizim universitetlərdə bu işlə  indi  hansı infrastruktur məşğuldur görəsən?  

20 il ərzində ölkədə təhsil islahatları getdiyi dönəmdə nazirliyin nəznində və  universitetlərin  tərkibində təhsilin informatlaşması mərkəzlərinin yaradılması və  onların layihələrinin maliyyələşdirilməsi çox vacib idi. Çünki indiki dönəmdə təhsil islahatlarının lokomotivi İKT olmalıdır.  

Distant təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərən mühüm indikatordur.  Ölkədə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaradılmasına  gətirir. Eyni ilə də universitetdə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaranması ilə nəticələnir.

Ali təhsili islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatı yaradılmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Heç universitetlərimizdə də belə mərkəzlər yoxdur.  Biz dəfələrlə Təhsil Nazirliyi təklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəznində istiqamətlər üzrə ali təhsilin problemləri adlı kiçik elmi-tədqiqat institut və ya böyük elmi tədqiqat laboratoriyası yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)

Bütün bunlara  rəğmən 2012-ci ildə ali təhsilin problemlərinə dair maraqlı jurnal nəşr edilməyə başlandı (“Ali təhsil və cəmiyyət”). Lakin 2013-cü ildə ali məktəblərə  çox lazımlı bu jurnal nədənsə bağlandı.    

Distant Təhsilin ölkəmizdə vaxtında yaradılmaması Təhsil Nazirliyi tərəfindən   reallaşan Dövlət Proqramlarının səmərəsini də azaldır. Məlum olduğu kimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır. Lakin onların  müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xaricdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi.  Amma ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Bakıda yaşayaraq həmən universitetlrdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı. Digər tərəfdən bu Dövlət Proqramına ayrlan vəsaitə 3-4 min yox,20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala  biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma  v.s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtı ilə bu Dövlət Proqramı hazırlanarkən Təhsil Nazirliyi belə təklif vermişdik. Heç olmasa bu tələbələrin 50% distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı.

Məlum olduğu kimi hal hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra edilir. Bu proqrama görə də müəyyən qism gənclər  xarıcdə  doktorantura  təhsili alacaqlar. Dövlət Proqramının əsas hissəsi isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda qeyd edilir:"Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”. Bu məqsədlə hər hansı bir xarici unuversitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq və həmən universitetin professorları gəlib  Bakıda universitetlərdə dərs deyəcəklər. Bu layihəni də distant təhsil üzərindən daha tez, ucuz və daha əhatəli  reallaşdırmaq mümkün idi. Bu halda tələbələrimiz müvafiq xarici dili öyrənib sertifikat aldıqdan və ilkin seçimdən keçdikdən sonra, ikili diplom proqramı kimi həmən universitetin hazırladığı təhsil proqramını onlayn formatda  distant  təhsil sisteminin yaradılmasına gətirir. Eyni ilə də universitetdə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaranması ilə nəticələnir.

Ali təhsili islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatı yaradılmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Heç universitetlərimizdə də belə  mərkəzlər yoxdur. Biz dəfələrlə Təhsil Nazirliyitəklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəznində istiqamətlər üzrə ali təhsilin problemləri adlı kiçik elmi-tədqiqat institut və ya böyük elmi tədqiqat laboratoriyası yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)

Bütün bunlara rəğmən 2012-ci ildə ali təhsilin problemlərinə dair  maraqlı  jurnal nəşr edilməyə başlandı (“Ali təhsil və cəmiyyət”). Lakin 2013-cü ildə ali məktəblərə  çox lazımlı bu jurnal nədənsə bağlandı.    

Distant Təhsilin ölkəmizdə vaxtında yaradılmaması Təhsil Nazirliyi tərəfindən   reallaşan Dövlət Proqramlarının səmərəsini də azaldır. Məlum olduğu kimi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır. Lakin onların  müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xarıcdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi.  Amma ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Bakıda yaşayaraq həmən universitetlrdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı. Digər tərəfdən bu Dövlət Proqramına ayrlan vəsaitə 3-4 min yox, 20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma v.s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtı ilə bu Dövlət Proqramı hazırlanarkən Təhsil Nazirliyi belə təklif vermişdik. Heç olmasa  bu tələbələrin 50% distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı.

Məlum olduğu kimi hal hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra edilir. Bu proqrama görə də müəyyən qism gənclər  xarıcdə  doktorantura  təhsili alacaqlar. Dövlət Proqramının əsas hissəsi isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda qeyd edilir: “Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”. Bu məqsədlə hər hansı bir  xarici unuversitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq  və həmən universitetin professorları gəlib Bakıda universitetlərdə dərs deyəcəklər. Bu layihəni də distant təhsil üzərindən daha tez, ucuz və daha əhatəli reallaşdırmaq mümkün idi. Bu halda tələbələrimiz müvafiq xarici dili öyrənib sertifikat aldıqdan və ilkin seçimdən keçdikdən sonra, ikili diplom proqramı kimi həmən universitetin hazırladığı təhsil proqramını onlayn formatda    distant təhsil sisteminin yaradılmasına gətirir. Eyni ilə də universitetdə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaranması ilə nəticələnir.

Ali təhsili islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatı yaradılmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Heç universitetlərimizdə də belə  mərkəzlər yoxdur. Biz dəfələrlə Təhsil Nazirliyi təklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəznində istiqamətlər üzrə ali təhsilin problemləri adlı kiçik elmi-tədqiqat institut və ya böyük elmi tədqiqat laboratoriyası yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)

Bütün bunlara  rəğmən 2012-ci ildə ali təhsilin problemlərinə dair maraqlı jurnal nəşr edilməyə başlandı (“Ali təhsil və cəmiyyət”). Lakin 2013-cü ildə ali məktəblərə  çox lazımlı bu jurnal nədənsə bağlandı.    

Distant Təhsilin ölkəmizdə vaxtında yaradılmaması Təhsil Nazirliyi tərəfindən   reallaşan Dövlət Proqramlarının səmərəsini də  azaldır. Məlum olduğu kimi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır. Lakin onların  müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xarıcdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına  xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi.  Amma ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Bakıda yaşayaraq həmən universitetlrdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı. Digər tərəfdən bu Dövlət Proqramına ayrlan vəsaitə 3-4 min yox, 20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala  biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma  v.s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtı ilə bu Dövlət Proqramı hazırlanarkən Təhsil Nazirliyi belə  təklif vermişdik. Heç olmasa bu tələbələrin 50% distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı.

Məlum olduğu kimi hal hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra edilir. Bu proqrama görə də müəyyən qism gənclər  xarıcdə  doktorantura  təhsili alacaqlar. Dövlət Proqramının əsas hissəsi isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda qeyd edilir: “Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”. Bu məqsədlə hər hansı bir xarici unuversitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq və həmən universitetin professorları gəlib Bakıda universitetlərdə  dərs deyəcəklər. Bu layihəni də distant təhsil üzərindən daha tez, ucuz və daha əhatəli reallaşdırmaq mümkün idi. Bu halda tələbələrimiz müvafiq xarici dili öyrənib sertifikat aldıqdan və ilkin seçimdən keçdikdən sonra, ikili diplom proqramı kimi həmən universitetin hazırladığı təhsil proqramını onlayn formatda    öyrənə bilərdi. Bu daha operativ, ucuz və davamlı ola bilərdi, layihəyə cəlb edilən universitetlərin sayı da mox ola bilərdi.

Göründüyü kimi distant təhsilin uzun illər ərzində heç bir ciddi əsas olmadan inkar edilməsi təhsilimizin dünənini, bu gününü və sabahını xeyli geri salıbdır. Aparılan təhsil islahatlarının yekunu olaraq deyə bilərik ki, “Kurikulum islahatı”nın keyfiyyətsiz icrası, bərbad məzmunda hazırlanmış məktəb dərslikləri orta təhsilimizə nə qədər ziyan vurmuşdusa, (PİSA-2018 beynəlxalq qiymətləndirmə nəticələrini yada salın) , distant təhsilin yaradılmasına mane olmaqla da ali təhsilin inkişafına bir o qədər ziyan vurulmuşdur.

Pandemiyadan sonrakı dövrdə onlayn təhsilə, virtual təhsilə təlabat daha da artacaq. Hələ 15 il əvvəl "...Azərbaycanda virtual dərslər keçirilməlidir...” deyən ölkə rəhbərliyinin Təhsil Nazirliyi qarşısında qoyduğu vəzifə hələ də öz həllini gözləyir.  Vaxtında distant təhsil sistemi qurmayan ölkələrin universitetləri yaxın gələcəkdə qlobal reytinqi yüksək olan xarici universitetlərə yerli təhsil bazarında da uduzacaqlar. Artıq bir milliard tələbəni pulsuz oxuda bilən olnlayn universitetlər yaradılır. Sünü intellektin yazılı və şifahi sürətli tərcümə imkanları ilbil artır. Bunun nəticəsində bizim tələbələr yaxın zamanlarda hətta bilmədiyi xarici dildə əcnəbi universitetlərdətəhsil ala biləcəklər. Bu yaxın illərin perspektividir. Bu zaman bizim milli universitetlərin durumu xeyli çətinləşəcəkdir.

Bu gün distant təhsili olmayan universitet beynəlxalq təhsil məkanında ciddiyə alınmır.   Belə universitetlər tədricən tələbələrini itirəcək, qlobal rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar. Bu təhsildə gedən qlobal trendlərin acı nəticəsidir.

dos. İlham Əhmədov, təhsil eksperti


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə