“OpenAI”nin rəhbəri Sem Altman beyin-kompüter interfeysləri sahəsində yeni startap - “Merge Labs”a investisiyalar cəlb edərək, onun yaradılmasında iştirak edir.
Xeberler.az “Financial Times”a istinadən məlumat verir ki, maliyyənin əhəmiyyətli hissəsi “OpenAI”nin vençur bölməsindən daxil ola bilər. “Merge Labs”ın gözlənilən dəyəri 850 milyon dollar təşkil edir.
Məlumdur ki, “Merge Labs” “Tools for Humanity” (keçmiş “World”) rəhbəri Aleks Blaniya ilə əməkdaşlıq edir. Bu, Altmanın gözün irisinin skanına əsaslanan rəqəmsal şəxsiyyət sisteminin yaradılması layihəsidir. Şirkətin dediyinə görə, bu sistem “insanın şəxsiyyətinin həqiqiliyini təsdiqləməyə” imkan verir. Yeni startap kompüterlərlə qarşılıqlı əlaqə qura bilmək üçün beyinə implantasiya edilə bilən çiplər hazırlayan İlon Maskın “Neuralink”in rəqib olacaq. Maskın 2016-cı ildə təsis etdiyi “Neuralink” iflic olan insanlarda düşüncə gücünə malik cihazları idarə etmək məqsədilə sınaqdan keçirilməsində əhəmiyyətli irəliləyiş əldə edib. İyun ayında şirkət E seriyalı sərmaye çərçivəsində 600 milyon dollar cəlb edərək, 9 milyard dollar dəyərində qiymətləndirildi.
Həm “Neuralink”, həm də potensial olaraq “Merge Labs”, insanların texnologiyalar ilə qarşılıqlı əlaqə üsullarında inqilab edə bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları