Tramp administrasiyası “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır

15-08-2025 / 09:31

ABŞ prezidenti Donald Trampın administrasiyası Amerikanın texnologiya nəhəngi “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır.

Xeberler.az bildirir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Mənbələrin fikrincə, bu sövdələşmə korporasiyanın ABŞ-da istehsal potensialını gücləndirmək, o cümlədən Ohayoda istehsal mərkəzinin tikintisinə kömək etmək məqsədi daşıyır.

Payın alınması təklifi avqustun 11-də Ağ Evdə Intel-in baş direktoru Lip-Bu Tan ilə Tramp arasında keçirilən görüşdən sonra irəli sürülüb. Müqavilənin şərtləri hələ də müzakirə olunur.

Agentlik qeyd edib ki, razılıq əldə olunarsa, Lip-Bu Tan böyük ehtimalla korporasiyanın başında qalacaq. Şirkət rəsmilərlə danışıqlar barədə məlumatı “Bloomberg”ə təsdiqləməyib: “Biz Tramp administrasiyası ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik. Lakin şayiələri şərh etmək niyyətində deyilik”, - “Intel”in açıqlamasında deyilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə