Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş “Su şəbəkəsinə qoşulma” ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması üçün tədbir keçirilib.
Xeberler.az məlumat verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, Biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün “Məlumat kitabçaları”ı, videoçarxın və qurumun yeni internet səhifəsinin təqdim edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini müdiri Rüfət Atakişiyev yeni hazırlanmış “e-su” portalını nümayiş etdirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri