Tələbələrin cibinə uyğun noutbuklar

26-10-2015 / 12:03

Ötən yazımızda qeyd etmişdik ki, yeni tədris ilinin başlanması ilə birlikdə noutbuklara olan tələbat artıb. Hələ də öz seçimini etməmiş tələbələr üçün müxtəlif markalara aid noutbuklardan ibarət siyahı hazırladıq. Burada həm büdcəyə, həm də gündəlik həyatın tələblərinə cavab verə biləcək noutbukları topladıq. Buna görə təkcə tələbələr yox, özünə gündəlik işlər üçün aşağı qiymətli noutbuk axtaran şəxslər üçün də faydalıdır. Əsas nəzərə aldığımız faktorlar gündəlik istifadəyə yararlı olması, qiymətinin çox yüksək olmaması və texniki göstəricilərinə görə bugünün tələblərinə cavab verə bilməsidir. 

Acer Aspire E5-571

Acer Aspire E5-571 noutbuku öz qiymətinə görə kifayət qədər yaxşı seçim sayıla bilər. Noutbuk ən çox ofis proqramları, internet brauzinqi kimi gündəlik fəaliyyətlərə yararlıdır. Qrafiki kontrolleri İntel HD Graphics olduğundan və əlavə video kart quraşdırılmamış olduğu üçün, həmçinin aşağı ekran icazəsinə görə bu noutbuk görüntülərlə işləməyə və ya oyun oynamağa çox da əlverişli deyil. Noutbukun batareyasının enerji tutumu dörd-beş saatdır ki, bu onun ən yaxşı xüsusiyyətlərindən biridir. Çəkisi və həcminə görə daşınması çox da rahat olmayan,  noutbukdan ən narazı qalınan hissəsi isə öz mausudur ki, buna görə əlavə mausdan istifadə zəruri ola bilər.

*”DNS Computers” mağazalar şəbəkəsindəki cari qiyməti

Asus X554LD

 

Acer Aspire E5-571 noutbukundan 100 manat daha baha olan  Asus X554LD-nin özəlliyi nədir? İntel Core i3-4030U mikroprosessora sahib noutbuk öz rəqibindən 0,2 GHz daha güclüdür. Həmçinin sərt diskinin həcmi iki dəfə çoxdur və əlavə nVidia GeForce GT-820M video kartına sahibdir. Bu cür video kart qrafik təsvirlərlə işləməyə və oyun oynamağa daha geniş imkanlar versə də, displeyin maksimal icazəsi 1366x768 piksel olaraq qalır. Batareya ömrü Aspire E5-571-lə təxminən eyni olan noutbuk eyni zamanda ondan 6 mm daha incədir. Həmçinin Asus X554LD siyahımızdakı ən incə noutbukdur. Lakin noutbuku öz göstəricilərinə görə bir az baha saymaq olar.

*”NoteComp” mağazasındakı cari qiyməti

 

Dell Inspiron 15 3542

Inspiron 3542-2759 modelinin digərlərindən ən üstün cəhəti nVidia GeForce GT-820m 2GB video kartına sahib olmasıdır. Sadə, gündəlik işlərin yerinə yetirilməsində əlverişli olan noutbuk bu cür video kart ilə həm də bir sıra qrafik təsvirlərlə işləyən proqramlardan istifadəyə də yararlıdır. Noutbukun batareyasının enerji tutumu çox uzun olmasa da, onunla bağlı ən pis cəhət köhnə və sıxıcı dizayna sahib olmasıdır. Bəzi istifadəçilər onun klaviaturasından da şikayətçidir.

*”DNS Computers” mağazalar şəbəkəsindəki cari qiyməti

 

HP 15-r197nr

Displey ölçülərinə və icazəsinə görə digərləri ilə eyni olan noutbukun video kartı ASUS X554LD -də olduğu kimi nVidia GeForce GT-820M 1GB-dır. Buna baxmayaraq bir sıra istifadəçilər displey keyfiyyətindən narazıdır. Batareyanın enerji tutumu təxminən 4-5 saatdır. Gündəlik işlər, ofis proqramlarından və internetdən istifadə üçün yararlı ola bilər. Lakin qiyməti, demək olar ki, ASUS X554LD-la eyni olan noutbukun mikroprosessorun gücünün aşağı olması onu bir az bahalı seçim edir.

*”Bestel” mağazalar şəbəkəsindəki cari qiyməti

 

Lenovo G50-70

Siyahımızdakı ən ucuz noutbuk olan Lenovo G50-70 haqda istifadəçi rəyləri müsbət istiqamətdədir. Əlavə video kartı olmayan noutbukun mikroprosessorunun gücü 1,9 GHz-dir. Noutbukla bağlı əsas narazılıq yaradan məqam batareya ömrüdür. Aşağı qiyməti ilə gündəlik internet və ofis proqramlarından istifadə üçün yaxşı seçim ola bilər.

*”DNS Computers” mağazalar şəbəkəsindəki cari qiyməti

 

Əgər özünüzə yüksək texniki göstəricilərə malik oyun və əyləncə noutbuku və ya incəliyi, yüngüllüyü ilə seçilən, daşınması rahat ultrabuklar axtarırsınızsa, növbəti yazılarımızı gözləyin.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.