Previous Next
Bağla

Noutbuklara olan tələbat azalıbmı?

15-10-2015 10:33
Noutbuklara olan tələbat azalıbmı?

Son illərdə ağıllı mobil cihazlardan istifadənin genişlənməsinin fərdi kompüterlərə və noutbuklara olan tələbatın azalmasına səbəb olacağı ilə bağlı narahatlıq var idi. Hətta sensor ekranlı noutbukların istehsalı, Microsoft şirkətinin Windows 8 əməliyyat sistemi bu narahatlığın kifayət qədər böyük olduğundan xəbər verirdi.

Bu səbəbdən Xeberler.az olaraq bu sahədə ixtisaslaşmış bir sıra mağazalara səfər edib son vəziyətin necə olması, həmçinin noutbuk alarakən nələrə diqqət yetirməyin lazım olması barədə məlumat topladıq.

Əvvəla qeyd etmək lazımdır ki, noutbuklara olan tələbat öz aktuallığını qoruyur, xüsusilə, yeni tədris ilinin başlanması ilə birlikdə bu bazarda canlanma müşahidə edilir. Belə məlum oldu ki, sensor ekranlı noutbuklara əvvəlki kimi maraq  yoxdur, hər halda Microsoftun Windows 10-la birlikdə ənənəvi Windows xüsusiyyətlərini geri qaytarması da bunu təsdiq edir. 

Bazarda ən çox tələbat görən noutbuk markaları arasında Acer, Asus, Dell və Apple MacBook-un adları var. Hewlett-Packard (HP) noutbuklarına olan tələb azalarkən bazara yeni daxil olmuş Lenovoya olan maraq artmaqdadır. Lenovo ilə bağlı müştəriləri əsas narahat edən məqamlar hələ bu markanı tanımamaları və Çin şirkəti olmasıdır.

Müştərilərin hansı parametrlər əsasında noutbuk axtardığını öyrənməyə çalışdıqda aydın oldu ki, bəzi şəxslər noutbuk alarkən ən əhəmiyyətli parametrləri bilsə də, bəziləri bundan məlumatsız olur. Bir çox şəxs RAM-ı, yəni əməli yaddaşın və ya sərt diskin həcminin yüksək olmasını arzulayır, lakin bunlar noutbukların ən asanlıqla dəyişdirilə bilinən və demək olar ki, ən ucuz hissələrdir. Əksər noutbukların prossesoru və video kartlarını sonradan daha yaxşısına dəyişdirmək mümkün deyil. Buna görə noutbuk seçərkən əsas diqqəti onun prossesor və video kartına yetirmək lazımdır ki, sonradan sizi çətinə salmasın.

Noutbuklarla bağlı digər bir məqam isə distributorluq məsələsidir. Ölkədə rəsmi distributoru olmayan markaların noutbuklarını almaq sizi məhsula görə zəmanət almaq və texniki problem yarandıqda rəsmi servisə müraciət etmək imkanından məhrum edə bilər.

Növbəti yazılarımızda müxtəlif büdcələrə və ehtiyaclara cavab  verən noutbuklardan, onları haradan və necə əldə etməyin yollarından bəhs edəcəyik.

 

Murad Məmmədzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sensorlu noutbuklara tələbat azdır

Sensorlu noutbuklara tələbat azdır

28-11-2013
Oyun noutbuklarını necə seçməliyik?

Oyun noutbuklarını necə seçməliyik?

10-11-2015
ASUS N20A noutbukunun debütü

ASUS N20A noutbukunun debütü

07-11-2008
Tələbələrin cibinə uyğun noutbuklar

Tələbələrin cibinə uyğun noutbuklar

26-10-2015
Oyun noutbuklarını necə seçməliyik?- Davamı

Oyun noutbuklarını necə seçməliyik?- Davamı

18-11-2015
ABŞ bəzi noutbuk modellərinə qadağa qoyub

ABŞ bəzi noutbuk modellərinə qadağa qoyub

19-08-2019
İş adamları üçün yüngül və güclü noutbuk - Ultrabuklar

İş adamları üçün yüngül və güclü noutbuk - Ultrabuklar

29-10-2015
Apple noutbuk satışı üzrə illik artıma nail olub

Apple noutbuk satışı üzrə illik artıma nail olub

19-09-2008
“Xalq kompüteri” layihəsi davam etdirilir

“Xalq kompüteri” layihəsi davam etdirilir

11-07-2009
Vodafone  Dell noutbuklarını  Avropada satacaq.

Vodafone Dell noutbuklarını Avropada satacaq.

12-09-2008
Komputeri 24 saat işləməyə məcbur etdilər

Komputeri 24 saat işləməyə məcbur etdilər

10-09-2008
Windows-la işləyən iPad - VİDEO

Windows-la işləyən iPad - VİDEO

14-07-2011
HP şirkətinin meneceri:“ Azərbaycanda noutbukların satışı ikiqat artıb”

HP şirkətinin meneceri:“ Azərbaycanda noutbukların satışı ikiqat artıb”

13-07-2009
Avropada batareyaları dəyişdirilməyən noutbukların satışı qadağan olunur

Avropada batareyaları dəyişdirilməyən noutbukların satışı qadağan olunur

16-06-2023
HP kütləvi istifadə üçün nəzərdə tutulmuş Multi-Touch-la təchiz olunmuş noutbuk təqdim edib

HP kütləvi istifadə üçün nəzərdə tutulmuş Multi-Touch-la təchiz olunmuş noutbuk təqdim edib

22-11-2008
Apple noutbuklarını geri çağırır

Apple noutbuklarını geri çağırır

24-06-2019
Bambuk noutbukun təqdim olunma vaxtı və qiyməti açıqlandı

Bambuk noutbukun təqdim olunma vaxtı və qiyməti açıqlandı

28-11-2008
Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015
Microsoft Windows XP-nin ömrünü uzadır

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008
ABŞ-da 100 dollarlıq noutbuk təqdim olunub

ABŞ-da 100 dollarlıq noutbuk təqdim olunub

05-12-2008
Azərbaycanda mobil kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib

Azərbaycanda mobil kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib

31-10-2010
Noutbuklar bazarının həcmi azalıb

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015
Microsoft yeni əməliyyat sistemi hazırlayır

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017
Mini-noutbukların təchizatı 2008-ci ildə 5 milyonu ötəcək

Mini-noutbukların təchizatı 2008-ci ildə 5 milyonu ötəcək

18-08-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə