Əksər vaxt texnoloji avadanlıq almaq istəyən şəxslər mütləq bununla bağlı ətrafındakı yaxınları ilə söhbət edib, rəy alır ki, bu kimi avadanlıqları hansı parametrlərinə görə seçsin və necə əmin olsun ki, alacağı avadanlığa pul xərcləməyə dəyər?
Ötən yazımızda oyun noutbuklarını necə seçməli, seçim zamanı hansı parametrlərə diqqət etməli olduğumuz məqamlarla bağlı əraflı məlumat təqdim etdik.
Budəfəki yazımızda isə ölkə mağazalarındakı oyun noutbukların imkan, keyfiyyət və qiymətlərinə görə müqayisəsini apardıq.
ASUS ROG G751JY
Asus firması oyun üçün hazırladığı xüsusi noutbukları ROG, yəni Republic of Gamers (Oyunçular Respublikası) adı altında satışa çıxarır. ROG G751 seriyasına daxil olan bu noutbuk mağazalarda rastlaşa biləcəyiniz və “oyun canavarı” adı ilə tanınan bir noutbukdur. Nvidia GeForce GTX 980M video kartına sahib olan noutbuk yüksək ekran ayırdetməsi ilə birlikdə yüksək keyfiyyətli və stabil görüntü əks etdirmək imkanına malikdir. Belə ki, mikroprosessorun sürəti “turbo boost”la birlikdə 3,5 GHz-ə qədər yüksələ bilir. 1 terabaytlıq sərt disk yaddaşı ilə yanaşı 256 GB sabit disk yaddaşının olması və həmçinin 24 geqabaytlıq əməli yaddaşı onun yüksək sürətlə işləməsini təmin edir. Əməli yaddaşı 32 geqabayata qədər artırmaq mümkündür.
Noutbukla bağlı ən böyük şikayətlər daşınmasının asan olmamasıdır. Qeyd edək ki, buna isə əsas səbəb çəkisindən daha çox 17.3 düymlük ekranıdır. Lakin qeyd etdiyimiz kimi, oyun noutbuklarını seçərkən portativlik ( daşınması daha rahat) ən vacib meyarlar kimi qəbul edilmir.
Noutbukun Computex mağazasındakı cari satış qiyməti 3619 manatdır.
Dell Alienware 18
Dell-in oyun noutbuklarından olan Alienware-ə aid olan bu noutbuk bir sıra qeyri-adi xüsusiyyətlərə malikdir. Məsələn, 18,4 düym ekran ölçülü noutbuklar arasında çox populyar bir ölçü deyil və oyun noutbukları arasında da çox az rast gəlinən haldır.
Alienware 18 noutbuk siyahımızdakı ən yüksək sürətli mikroprosessora sahibdir ki, sürəti “turbo boost”larla birlikdə 3,9 GHz-ə qədər yüksələ bilir. Əməli yaddaşı 16 GB olsa da, 32 GB-a qədər artırmaq mümkündür.
Bu noutbukda ən məyusedici məqam video kartının GeForce GTX 880M olmasıdır ki, bu da nisbətən aşağı sürət və keyfiyyət deməkdir.
Qeyd edək ki, video kartının GTX 980M olduğu modellər də mövcuddur. Yaddaşı Asus ROG G751JY ilə eynidir. Noutbukla bağlı ən böyük problem isə həddən artıq ağır olması və böyük ölçüyə sahib olmasıdır. Yəni, bu noutbuk tamamilə portativlikdən uzaqdır. Belə ki, beş kiloqram çəkiyə və 18,4 düym ekrana sahib noutbuku çiyində daşımaq həddən artıq əziyyətli və yorucu olacaq.
Noutbukun DNS Computers mağazasındakı cari satış qiyməti 4799 manatdır.
HP Omen 15
Hewlett-Packard noutbukları ölkəmizdə olduqca populyardır, Omen isə bu şirkətin oyun noutbuklarıdır. Bu seriyadan olan Omen 15-5001na noutbuku siyahıdakı digər iki noutbukdan olduqca fərqlidir. Belə ki, noutbuk nisbətən kiçik, 15,6 düym ölçülü ekrana sahibdir. Mikroprosseru olduqca güclü olsa da, video kartına görə digər iki noutbukdan geridə qalır. 8 geqabaytlıq əməli yaddaşını 16 geqabayta qədər artırmaq mümkündür. Noutbukda sərt disk yaddaşı mövcud deyil, yalnız 256 geqabayt sabit diskə sahibdir. Həmçinin bu noutbukun ekranı toxunaqlıdır və daxili optik oxuyucusu yoxdur.
Noutbukun Kontakt Home mağazasındakı cari satış qiyməti 1839 manatdır.
Yekun olaraq belə nəticəyə gəlmək olar ki, Asus ROG G751 həm qiymətinə, həm portativlik imkanlarına və həm də video kartının göstəricilərinə görə Dell Alienware 18-dən daha üstündür. Alienware 18-in böyük ölçü və ağır çəkisini, həmçinin 5000 manata yaxın qiymətini nəzərə aldıqda sadəcə 18 düymlük ekran və Alienware həvəskarları üçün daha maraqlı və tərcih edilən olacaq.
HP Omen 15 isə siyahımızda ən ucuz, ən yığcam noutbukdur. Bu noutbuku tam oyun noutbukundan daha çox oyun və əyləncə noutbuku kimi qiymətləndirmək doğru olardı. Noutbukunu özü ilə daşımaq istəyən, amma eyni zamanda oyunlar da oynaya bilmək istəyən şəxslər üçün yaxşı seçim ola bilər.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri