Telefon bazarındakı ən ucuz telefonlar – ucuz ətin şorbası ola bilərmi ?

30-09-2015 / 15:14

Oxucularımız tez-tez bizdən müxtəlif avadanlıqlar, kompüterlər və telefonlar haqqında, onların fərqli və oxşar cəhətləri, üstünlükləri, ən qənaətcil  texnoloji avadanlıqlar haqqında məlumatlar verməyi  xahiş edirlər. Xüsusən də Azərbaycanın kompüter və telefon bazarındakı mövcud vəziyyət haqqında bilgilər oxucularımızı daha çox maraqlandırır.

Bunu nəzərə alaraq Xeberler.az sistemli formada və müntəzəm olaraq ölkənin kompüter avadanlıqları və telefon bazarındakı  vəziyyətlə bağlı xəbərlər, icmal və analitik  yazılar verməyi qərara alıb. Eyni zamanda ölkədə İKT  avadanlıqların satışında  distrubutorlar və dilerlər şəbəkəsi,  pərakəndə satış bazarı haqqında, 2-ci əl satış haqqında, müxtəlif kompüter və telefon modellərinin bazardakı xüsusi çəkisi haqqında yazılar verməyi nəzərdə tuturuq.

Əməkdaşımız Murad Məmmədzadənin mobil telefon bazarından hazırladığı aşağıdakı yazıda ən ucuz qiymətə satılan müxtəlif mobil telefon modellərinin xüsusiyyətləri  və mağazalardakı qiymətlərin  müqayisəsi haqqında məlumatlar verilib.

Smartfonlar, yəni ağıllı telefonlar hər nə qədər ağıllı olsalar da, bir çox istifadəçilər yenə də əvvəlkii mobil telefonları alır. Hər kəsin bu telefonları almaqda müxtəlif səbəbləri var. Biz isə müxtəlif tələblərə uyğun və qiyməti 50 manatdan az olan beş fərqli mobil telefonu təqdim edirik.

Nokia 105

Telefon olduqca sadə dizayna sahibdir, ekran ölçüsü kiçik, düymələri isə iridir. Üzərində yerləşən fanarı və FM radio qəbul edicisini çıxdıqda başqa media funksiyası yoxdur. Lakin 35 günlük gözləmə müddəti və 12 saat yarımlıq maksimal danışıq müddəti onu mükəmməl danışıq telefonu edir. 

Nokia 130 Dual 

Nokia 105 telefonundan nisbətən baha olmasına baxmayaraq bu telefon daha geniş imkanlara sahibdir. Hər şeydən əvvəl telefon iki SİM-kart qəbul edir. Daxili yaddaşı 8 meqabayt olsa da, həm də 32 geqabayta qədər MicroSD yaddaş kartı qəbul edir. FM radio qəbul edicisi və parlaq fanarı ilə yanaşı həmçinin musiqi və video pleyerləri də mövcuddur. Bluetooth və USB qoşulma imkanlarına sahibdir.

 

Samsung E1202 

Samsung E1202 telefonu sadə və yığcam dizaynlı, iki SİM kartlı telefondur. 16 günlük gözləmə və 8 saatlıq danışıq müddəti ilə sadəcə danışıq üçün telefon axtaran şəxslər üçün əlverişlidir. 

 

Fly DS 107D

Bu telefon da iki SİM-kartlıdır. 8 meqabaytlıq daxili yadddaşını 8 geqabayta qədər artırmaq mümkündür. Telefonun musiqi və video pleyer funskiyaları mövcuddur. 0.3 meqapiksellik kamerası olsa da, bununla yüksək keyfiyyətli çəkiliş etmək mümkün deyil. Bluetooth və USB qoşulma imkanlarına sahibdir. Telefonun gözləmə və maksimal danışıq müddəti göstəriciləri rəqiblərindən çox geridə qalır.

 

Motorola C261

Bu telefon nisbətən ucuz telefon axtaran şəxslər üçün əlverişlidir. Siyahımızdakı mağazalardan sadəcə birində mövcud olan telefon 10 il əvvəl buraxılmış olsa da, göstəriciləri kifayət qədər yaxşıdır, hətta gözləmə və danışıq müddəti göstəricilərinə görə Fly DS 107D telefonunu üstələyir.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.