Telefon-“dietoloq” tezliklə satışa çıxarılacaq

17-11-2010 / 17:33

Yaponların bu yeni kəşfi arıqlamaq istəyənlərin köməyinə gələcək

Qurmanlar, şirniyyat aludəçiləri və bu sıradan olan adamlar üçün Yaponiyada yeni mobil telefon istehsal edilib. Telefonun əsas və qeyri-adi vəzifəsi adamların özlərinin artıq çəkilərinə nəzarətdir.  NTT Communication  şirkətinin istehsalı olan bu aparat bir anda , həm də səhv etmədən sizin boşqabınızdakı yeməyin neçə kalori tutumda olduğunu təyin edə bilər. Bunun üçün sadəcə onun şəklini telefonun kamerası  çəkmək yetər. Telefon yaddaşındakı  hərtərəfli məlumat bazasına, o cümlədən, 100 mindən çox müxtəlif kulinariya məhsulları haqqda informasiyaya dayanaraq, anındaca qidanın kaloriliyini aşkarlaya  bilir.

Dünyada ilk telefon-“diyetoloq” tezliklə satışa çıxarılacaq. Onun təkminləşdirilməsi də davam etdiriləcək. Yaponların bu qeyri-adi kəşfi öz istifadəçilərinə daha məqsədəuyğun menyu təklif edə, həmçinin artıq çəkidən qurtulmaq üçün məsləhətlər verə bilər. NTT Communication  şirkətində bu fikirdədirlər ki, yeni kəşf yaponları daha şux və şən göstərəcək. Gündoğan ölkənin sakinlərinə təbiət yaxşı bədən quruluşu verib. Lakin son zamanlar təbiətin bu bəxşişi Qərb mətbəxinin təsiri altında məhv olmaqdadır. 

mənbə: www.itv.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə