“Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

07-06-2024 / 13:22

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) olub.

Xeberler.az  xəbər verir ki, qonaqlar “Teleradio” İB-nin baş direktor vəzifəsini icra edən Elman Həsənovla görüşüblər. Rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb. Müvafiq ixtisaslarda təhsil alan tələbələrin “Teleradio” İB-də təcrübəyə cəlb olunması, birgə tədqiqatlarda iştirakla bağlı məsələlər müzakirə olunub.

Elman Həsənov tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində birgə yeni tədris proqramının hazırlanmasının vacibliyini vurğulayıb.

Daha sonra Bakı Teleqüllə Kompleksində yerləşən istehsalat sahəsinə baxış keçirilib.

Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə bu cür görüşlərin qarşılıqlı və davamlı olmasının əhəmiyyəti diqqətə çatdırılıb.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə