Previous Next
Bağla

Ekspert: Transxəzər Fiber-Optik Kabel Xətti reallaşmaq üzrədir

12-06-2025 16:24
Ekspert: Transxəzər Fiber-Optik Kabel Xətti reallaşmaq üzrədir
"Azərbaycan və Qazaxıstan arasında çəkiləcək Transxəzər Kabel Xətti üzrə daha bir mühüm mərhələnin uğurla tamamlandığı bildirilib.
 
Belə ki, fiber optik xəttin keçəcəyi dəniz marşrutunun tədqiqi üçün zəruri olan mühəndislik işləri uğurla başa çatdırılıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı mühəndislik təhlilini əhatə edir:
 
"Yəni məhz bunun əsasında qərar verilir ki, tikintiyə başlamaq olar.
 
"Pioneer Consulting" tərəfindən aparılan mühəndislik tədqiqatları nəticəsində Xəzər dənizinin dibi ilə keçəcək 380 km-lik kabelin marşrutu beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirilib.
 
Xatırladıram ki cari ilin əvvəli Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə də imzalanıb.
 
Ümumiyyətlə, bildirmək istərdim ki, bu layihə həm relyef və coğrafi baxımından, həm texnoloji baxımdan, həm də geosiyasi baxımdan mürəkkəb layihə olub.
 
Xatırladıram ki, son 30 ildə bu tip layihənin reallaşmasına bir neçə dəfə cəhdlər olub, amma geosiyasi maraqlar baxımından bunu reallaşdırmaq mümkün olmayıb, layihələr həmişə bu marşrutdan yan keçib. Qazaxıstan tərəfdə tərəfdaş şirkətin yenidən müəyyən edilməsi də bu layihəni bir xeyli ləngidib.
Hər iki ölkənin Prezidentləri və Parlamentləri səviyyəsində bu layihə təsdiqlənib".
 
Osman Gündüzün sözlərinə görə, hazırda özəl qurum olan Azertelecom və Kazakhtelecom şirkətinin, NEQSOL Holdinqin bu istiqamətdəki real nəticələr verən səyləri təqdirəlayiqdir, layihənin artıq tikintisi başlanacaq səviyyəyə gətirib çatdırması diqqət cəlb edəndir:
 
"Bu kabel xətti 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.
 
Bu layihə Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, ölkəmizin texnoloji imkanlarının regional gücə çevrilmək potensialını nümayiş etdirir.
 
Transxəzər layihəsi Asiya ilə Avropa arasında etibarlı, sürətli və təhlükəsiz rəqəmsal bağlantı yaradaraq regionda texnoloji inkişafı və iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
 
Burada qurulacaq Data Mərkəzlər yeni rəqəmsal dəyərlər yaratmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.
 
Transxəzərin quruya çıxarılacağı nöqtə əvvəllər Siyəzən olub, hazırda isə Sumqayıt şəhəridir. Güman ki məhz burada həm də regional Data Mərkəzlərinin qurulması planlaşdırılır.
 
Bunun reallaşması ilə Sumqayıt təkcə sənaye yox, həm də rəqəmsal mərkəzə çevrilə biləcək. Beləliklə, layihənin mühəndislik mərhələsi də arxada qaldı.
 
Ümid edirik ki, yaxın zamanda Transxəzər layihəsinin faktiki tikinti mərhələsinə start verildiyi xəbərini də eşidəcəyik".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

"Çoxdandır gözlənilən Transxəzər Fiber Optik Kabel Xətti Layihəsinə start verildi"

04-03-2025

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Biz artıq TransXəzərin reallaşması ərəfəsindəyik - Osman Gündüz

26-09-2025

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatacaq

06-01-2026

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn il başlanılacaq

17-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə