“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025 / 09:59

04 aprel 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (KXVİS) yaradılması üzrə Altqrupun onlayn formatda iclası keçirilib.

Xeberler.az bildirir ki, görüş “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin yaradılması üzrə Altqrupun sədri Fərid Osmanovun rəhbərliyi ilə keçirilib. Tədbirdə kommunal qurumlardan Azərişıq ASC, ADSEA, Azəriqaz İB, Azəristiliktəchizat ASC-nin məsul şəxsləri və Altqrupun digər üzvləri iştirak ediblər.

İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan planlar, qarşıda duran tədbirlərin müzakirəsi aparılıb. Həmçinin, kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi və elektron xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində nəzərdə tutulmuş işlər müzakirə edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə