Previous Next
Bağla

Avropa İttifaqı və BMTİP Azərbaycana dəstək göstərir

12-04-2022 19:40
Avropa İttifaqı və BMTİP Azərbaycana dəstək göstərir

Bakı, 12 aprel 2022-ci il Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq gündəliyinin inkişafına dəstək məqsədilə müzakirələrin təşkilinə davam edir.

 

Xeberler.az bildirir ki, Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində keçirilən bu tədbirlər sosial sahibkarlar, hökumət nümayəndələri və ekosistemin digər tərəfləri olmaqla 40 nəfəri bir araya gətirib. İştirakçılar sosial sahibkarlıq sahəsindəki çətinlikləri müzakirə edib və həll yollarının yaradılması üzrə çalışıblar.

 

BMTİP-nin müvəqqəti işlər vəkili cənab Suxrob Xojimatov tədbirdə iştirak edib və açılış nitqində sosial müəssisələrin sosial-iqtisadi çətinliklərin həll edilməsində, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində dəyərli rolunu vurğulayıb.

 

12 aprel tarixində təşkil edilən seminarda qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, kənd fermerlərinə yardım, region gənclərinin təhsil imkanlarının yaxşılaşdırılması, eləcə də ekoloji xidmətlərin göstərilməsi kimi müxtəlif sahələrdə çalışan sosial sahibkarlar iştirak edib.

“Dünya kafesi” (world café) formatında təşkil edilən tədbir iştirakçılara sosial biznesin idarə edilməsi ilə bağlı təcrübələrini açıq şəkildə bölüşmək və sosial sahibkarlıq ekosisteminin inkişafı yollarını birgə tapmaq imkanı yaradıb.

 

Bu tədbirlər, layihənin sosial sahibkarlıq siyasətləri üzrə müzakirələri seriyası çərçivəsində keçirilir və beynəlxalq ekspert xanım Lana Lovaşiç tərəfindən aparılır. Lana Lovaşiç sosial sahibkarlıq və sosial iqtisadiyyat, o cümlədən innovasiya, tədqiqat və siyasət işləri istiqamətində 15 ildən artıq təcrübəyə malikdir.

 

Seminar zamanı ekspert sahə üzrə mövcud şəraitin təhlili məqsədilə Azərbaycanın sosial sahibkarları arasında keçirilən sorğunun nəticələrini təqdim edib. O, həmçinin ekosistemin SWOT təhlili nəticələrini və gələcək siyasət tədbirlərinin tətbiqi üçün prioritet sahələrlə bağlı fikirlərini iştirakçılarla paylaşıb.

 

Keçirilən seminarlar, görüşlər və məsləhət sessiyaları vasitəsilə layihə, Azərbaycanda sosial sahibkarlıq üzrə dəstəkləyici siyasət çərçivəsi yaratmaq üçün ölkənin səylərini sürətləndirməyi hədəfləyir. Belə ki, bu siyasətlər çərçivəsi daha çox insana sosial-iqtisadi problemlərin həllinə yönələn bizneslərə başlamağa və genişləndirməyə imkan verəcək.

 

Sözügedən mövzunun müzakirəsi digər hökumət nümayəndələri, innovasiya mərkəzləri, biznes inkubatorlar və ekosistem ekspertlərinin iştirakı ilə 14 aprel 2022-ci il tarixində keçiriləcək növbəti tədbirlə davam edəcək.

 

***

Tədbirlər silsiləsi, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən təşkil edilir.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA-nın rəsmisi: Agentlik olaraq hər zaman startaplara dəstək oluruq

17-10-2023

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016

Texnoparkların idarə olunmasının problemləri araşdırlır

19-05-2016

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

12-03-2026

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

23-09-2020

Bakcell innovasiya və inkişafı dəstəkləyir

10-04-2018

Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur

26-11-2018

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

22-12-2017

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22-05-2019

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

Azərbaycanda internetdən istifadə və dünyada III yer

23-01-2018

“İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilib

14-12-2017

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023

Bakcell bu verilişə dəstək olub

30-03-2018

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə